“Biznesin inkişaf etdirilməsinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans
Aprel 30
15:55
2016
Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi sosial-iqtisadi inkişafın hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir.
"Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər universitetinin idarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən, "Biznesin inkişaf etdirilməsinin aktual problemləri” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Konfransda universitetin idarəetmə fakültəsinin dekanı Elbrus İsayevin "Tələbələrin biznes fəaliyyətinə cəlb edilməsinin təşkili və idarəedilməsi yolları”, idarəetmə kafedrasının müdiri İradə Bağırovanın "Güclü investisiya və biznes mühitinin Azərbaycanın iqtisadi inkişaf prosesində əhəmiyyəti”, Naxçıvan Biznes Mərkəzinin direktoru Vüqar Səfərovun "Rəhbərlik stillərinin seçilməsi”, ali təhsil ocağının idarəetmə fakültəsinin dekan müavini Naim Cahidzadənin "Biznes maliyyəsinin mahiyyəti və təşkilinin əsasları” mövzularında çıxışları olub.
Bildirilib ki, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur.
Çıxışlarda vurğulanıb ki, uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynayır.
Qlobal.az