SON XƏBƏR

BMT-nin 2018-2019-cu illər üçün büdcəsi açıqlandı - 5.397 milyard dollar

Dekabr 27
15:49 2017
BMT-nin Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini qəbul edib.

BMT-nin Bakıdakı nümayəndəliyindən Azərtac-a bildirilib ki, iki il ərzində BMT-nin illik büdcəsi 5.397 milyard ABŞ dollar təşkil edəcək. Bu rəqəm təşkilatın ötən iki il üçün olan büdcəsindən 286 milyon dollar azdır.

Qurumun baş katibi Antoniu Quterreş əvvəlcə növbəti iki il üçün 5,4 milyard dollardan çox vəsait istəmişdi.

BMT-nin müntəzəm büdcəsi 193 üzv dövlətin üzvlük haqları hesabına formalaşır. Ödənişlər ölkənin ödəmə qabiliyyətliliyi, həmçinin ÜDM-i və adambaşına düşən gəlirləri əsasında hesablanır. Fərdi ödənişin məbləği ümumi büdcənin 22 faizdən çox olmamalıdır.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook