SON XƏBƏR

Britaniya mətbuatı: Trampın sirlərini faş edən ingilis casusu haqqında kitab çıxıb

Noyabr 17
01:46 2017
"The Guardian" yazır ki, Trump-ın seçki kampaniyası və Kreml arasında mümkün sövdələşmə barədə iddialardan ibarət partladıcı dosyenin müəllifi, keçmiş Britaniya casusu Christopher Steele inanır ki, onun əldə etdiyi məlumatların 70-90 faizi həqiqətdir.
 
Bu barədə Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsinə həsr edilmiş yeni kitabda yazılıb.
 
"Sövdələşmə və ya Rusiya Donald Trump-ın qələbəsinə necə kömək etdi" (Collusion: How Russia Helped Donald Trump Win) adlı kitabı "The Guardian" qəzetinin müxbiri Luke Harding yazıb. O, Steele-in dostlarına dediklərindən iqtibas gətirir. Steele dosyeyə daxil etdiyi məlumatlara ona görə dərindən inanır ki, onları casus fəaliyyətinin 30 ili ərzində "yetişdiridiyi" mənbələrdən alıb.
 
Hazırda ABŞ-da Trump-ın kampaniyası ilə Kreml arasında mümkün sövdələşməni araşdıranlar keçmiş Britaniya casusunun dosyesinə əsaslanırlar.
 
"Mən 30 il həmin ölkə üzrə (Rusiya) işləmişəm. Nə üçün nəyisə uydurmalıydım?" - deyib Steele dostlarına. Harding-in yazdığına görə bu dosyeyə Washington-da Steele-in Rusiyaya dair məxfi hesabatlarının dəqiqlik reputasiyasına görə ciddi yanaşıblar.
 
Steele 2014 və 2016-cı illər arasında Rusiya və Ukraynaya dair yüzlərlə kəşfiyyat hesabatı yazıb. Bu araşdırmaları keçmiş kəşfiyyatçıya fərdi müştərilər sifariş etsələr də, onlara dövlət orqanları da ciddi maraq göstərirdilər. Məsələn məlumdur ki, bu hesabatlar keçmiş dövlət katibi John Kerry və onun müavini Victoria Nulandı-ın masasının üstündə olub. Harding yazır ki, məhz bu məlumatlar ABŞ-ın Krımın Rusiya tərəfindən ilhaqına reaksiyasını formalaşdırıb. Maraqlıdır ki, həmin kəşfiyyat hesabatlarının əsaslandığı mənbələr əslində Trump dosyesi üçün məlumatları vermiş mənbələrlə eynidir.
 
Steele-in hazırladığı hesabatda Trump-ın 2013-cü ildə Moskvaya səfəri zamanı çəkilmiş və ona qarşı şəxsi kompromat kimi istifadə edilə biləcək seks videoları barədə iddialar da var.
 
Digər tərəfdən bu hesabatda Trump-ın yaxın çevrəsinin Rusiya kəşfiyyatı ilə sövdələşməyə girdiyini iddia edən məlumatlar da yer alıb.
 
Bundan bir neçə il əvvəl Steele FIFA-da korrupsiyaya dair məlumatları əldə etmişdi. O bu informasiyanı Romada bir rütbəli FTB agenti ilə birlikdə toplamışdı.
 
Bu kəşfiyyat hesabatı sonradan ABŞ prokurorlarının FIFA rəsmilərinə qarşı iddialarının formalaşmasında əsas rolu oynamış və 7 futbol rəsmisinin həbsi ilə nəticələnmişdi.
 
Harding yazır ki, məhz bu epizod Steele-in FTB və ABŞ kəşfiyyatı icmasında nüfuzunun artmasında əsas mühüm rol oynayıb.
 
"O, yaxşı əlaqələri olan, Rusiya casusluğunu və onun bütün fitnə-fəsadlarını yaxşı bilən britaniyalı idi. Steele mötəbər agent sayılırdı" - yazır Harding.
 
Kitabda deyilir ki, Steele MI6-nın agenti kimi Moskvaya 1990-cı ildə göndərilmişdi. O Moskvadakı Britaniya səfirliyinin maliyyə şöbəsində çalışsa da, bu, əslində pərdə idi.
 
Moskvada olarkən gənc casus 1991-ci ildə Boris Yeltsinin tankın üstünə çıxaraq nitq söyləməsini seyr etmişdi.
 
Steele 1993-cü ildə Moskvanı tərk etmiş və Parisə göndərilmişdi. Onun adı 1999-cu ildə sızdırılmış casus siyahısında olduğundan Steele bir daha Moskvaya qayıda bilməmişdi.
 
Buna baxmayaraq 2006-cı ildə keçmiş Rusiya casusu Aleksandr Litvinenkonun ölümünün arışdırılmasını ona tapşırmışdılar.
 
Steele Trump kampaniyasının Rusiya rəsmiləri ilə əlaqələrinə dair özəl kəşfiyyat firması olan Fusion-a 16 hesabat göndərmişdi. Lakin 2016-cı ilin iyulunda Trump-ın Rusiya ilə mümkün bağlarına dair xəbərlər yayılmağa başlayanda, onun mənbələri də susmağa başlamışdılar.
 
Harding yazır ki, Steele öz dostlarına Trump-ın Rusiya ilə əlaqələrinin miqyasından şoka düşdüyünü demişdi./BBC/



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook