SON XƏBƏR

Bu ərazilərdə ev tikənlərə "kupça" veriləcək

İyun 19
11:38 2023
"Sahibkarların müraciəti Fövqəladə Hallar Nazirliyinin müvafiq regional idarələrinə olacaq. Hansısa əlavə quruma müraciət etmək, arayış alıb digər quruma təqdim etməyə ehtiyac qalmayacaq. FHN vətəndaşın müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edəcək".

Bunu Real TV-yə açıqlamasında Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyib.

O, əlavə edib ki, əgər torpaq mülkiyyətdə deyilsə və ya öz mülkiyyətində olan torpağı aşaraq qonşunun bələdiyyə torpağından istifadə edilibsə, hərracdankənar qaydada sürətli şəkildə həmin sahibkarların icarəsinə veriləcək və ya özəlləşdiriləcək.

"Təhlükəli mühafizə zolaqları sənədləşdirilməyəcək. Lakin uzun illər əkin təyinatlı torpaqda tikilən obyekt və daşınmaz əmlakların sənədləşdirilməsinə imkan tanınacaq", - deyə Elşad Məmmədov qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook