Bu il BTC kəməri ilə 10 milyon tona yaxın Azərbaycan nefti nəql edilib
May 07
08:25
2016
Cari ilin aprelində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 502 min 255 ton Azərbaycan nefti nəql olunub.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında kəmərlə 9 milyon 815 min 567 ton neft ötürülüb. BTC istifadəyə verilən gündən bu il mayın 1-dək kəmərə 302 milyon 490 min 956 ton neft vurulub.
Apreldə BTC kəməri ilə 350 min 862 ton Türkmənistan nefti nəql edilib.
Qlobal.az