Cavid Qurbanov Tbilisidə- MDB dəmiryolu nəqliyyat idarələri rəhbərlərinin görüşü keçirilir
May 18
12:45
2016
Tbilisidə MDB Dövlətləri Dəmir Yolu Nəqliyyatı Şurasının 64-cü iclası keçirilir.
Şuranın iclasında qurumun 63-cü iclasının qərarlarının yerinə yetirilməsi, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu şəbəkələrinin istismar fəaliyyəti, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə beynəlxalq istiqamətdə sərnişin kompleksinin fəaliyyəti, 2016-2017-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri, 2015-ci il üzrə konteynerlərin siyahıyaalınmasının yekunları və 2016-cı il üçün yük vaqonlarının siyahıyaalınmasına hazırlıq, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalarını vəziyyəti, MDB Dövlətləri Hökumət başçıları Şurasının 1996-cı il oktyabrın 18-də qəbul edilmiş MDB Dövlətlərinin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası barədə qərarının 2015-ci il üzrə yerinə yetirilməsi, Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üçün xərclər Smetasının yerinə yetirilməsi, Dəmir yolu administrasiyalarının İnformasiya-hesablama mərkəzinin 2015-ci ildə fəaliyyətinn təmin edilməsi Smetasının yerinə yetirilməsi və bu Smetanın icra edilməsi üzrə yoxlamalarının yekunları, Şuranın Fəxri fərmanları ilə təltif edilmə haqqında, Şuranın 65-ci iclasının keçirilmə tarixi, yeri və gündəliyi haqqında.
Şuranın iclası çərçivəsində kadr və gənclər siyasəti üzrə dəyirmi masa və dəmir yolu rəhbərləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. Tədbir iştirakçıları üçün şəhərin tarixi və görməli yerlərinə ekskursiyalar da təşkil ediləcək.
Tədbirdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Qlobal.az