Cüdo üzrə Azərbaycan yığması bu il sonuncu toplanışını keçirir
Dekabr 13
14:13
2015
Cüdo üzrə Azərbaycan yığması Monqolustanın paytaxtı Ulan-Bator şəhərində bu il sonuncu təlim-məşq toplanışını keçirir.
AZƏRTAC xəbər verir ki, təlim-məşq toplanışında Nicat Şıxəlizadədən başqa milli komandanın bütün liderləri iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Çində və Koreyada Qran-pri yarışlarında, habelə Yaponiyada "Böyük dəbilqə” turnirində iştirak ediblər.
Toplanış dekabrın 22-dək davam edəcək.