Daha bir bank Mərkəzi Bankı məhkəməyə verdi
Mart 26
19:44
2016
"Yunayted Kredit Bank” Azərbaycan Mərkəzi Bankının (AMB) iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib. Fins.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 29-na təyin edilib. İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.
AMB "Yunayted Kredit Bank”ı məhkəməyə verib. AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan "Yunayted Kredit Bank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, bu il yanvarın 25-də AMB İdarə Heyətinin qərarı ilə "Yunayted Kredit Bank”ınn lisenziyası ləğv edilib. Banka müvəqqəti inzibatçı təyin edilib.
Qlobal.az