Daha bir deputatın tikinti şirkətləri aşkarlandı (FOTOFAKT)
İyun 30
19:12
2022
Millət vəkili Tahir Mirkişinin iki tikinti şirkətinin olması iddia edilir.
Belə ki, nizamnamə kapitalı 10 AZN olan "Azərstone” MMC-nin qanuni təmsilçisi kimi indi İlqar Cavadov Abbas oğlu göstərilir.
Qeyd edək ki, qanuni təmsilçisi Şahin Mirkiişi Famil oğlu olan "Abşeron City” MTK-nın nizamnamə kapitalı 100 AZN-dir.
"Azərstone” MMC 11.07.2011 tarixində, "Abşeron City” MTK isə 09.09.2014 tarixində dövlət qeydiyyatına alınıb.
"Abşeron city” Sumqayıt, Xırdalan və Masazırda iri yaşayış kompleksləri kimi məşhurdur.
Qlobal.az