SON XƏBƏR

"Daşkəsən Dəmir Filizi” MMC-yə ayrılan investisiyanın dövlət proqramının məqsədinə tam uyğun olmadığı məlum olub

Aprel 12
23:03 2023
Hesablama Palatası "AzerGold” QSC tərkibində törəmə şirkətə ayrılan investisiyanı "dövlət proqramın”ın məqsədlərinə tam uyğun olmadığını hesab edir.

Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsində qeyd edilir.

Palata qeyd edir ki, "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsi haqqında qərar qəbul edilib.

Lakin Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə müvafiq Sərəncamda dəyişiklik edilib, "Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi ilə bağlı qərarı əsasında 05 oktyabr 2020-ci il tarixində "Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilərək 14 dekabr 2020-ci il tarixindən "AzerGold” QSC tərkibində törəmə hüquqi şəxs qismində "Daşkəsən Dəmir Filiz” MMC təsis edilib.

Buna baxmayaraq, 2021-ci ildə "Daşkəsən Dəmir Filizi” MMC-yə 9 milyon 600 min manat maliyyə dəstəyi ayrılmış və 100% həcmində istifadə edilib.

"Beləliklə, qeyd edilən vəsaitin ayrılması "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın məqsədlərinə tam uyğun olmayıb”– deyə, Palata qeyd edir.

II Dövlət Proqramının əsas məqsədi:

-"Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsini həyata keçirməkdən;
-iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və rəqabət mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliyini yüksəltməkdən;
-bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirməkdən;
-iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaqdan;
-dövlət əmlakını dövlət özəlləşdirmə çeklərinə satmaqla özəlləşdirmə prosesinə əhalinin maksimum geniş təbəqələrini cəlb etməkdən;

– I Dövlət Proqramı çərçivəsində özəlləşdirmə üçün açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsini başa çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, "Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: "Şimal-şərq”, "Şimal-qərb”, "Cənub-şərq”, "Cənub-qərb”, "Dəmirov”, "Dardərə”.
 
Mənbə: Banker.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook