SON XƏBƏR

Deputatın inşa etdirdiyi binada fəhlə özünü asdı

Fevral 23
07:25 2021
"Kristal Abşeron"un yeni tikilən binasında çalışan fəhlə özünü asaraq intihar edib.

Hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən Kristal Abşeronun yeni tikilən binalarının birində baş verib.

Məlumata görə, həmin binada yaşayış yoxdur, intihar edən şəxs isə binanın tikintisində fəhlə işləyir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlartı və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəln olunub.

Meyit muayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.
 
Qeyd edək ki, "Kristal Abşeron" şirkətinin deputat Ağalar Vəliyevə aid olduğu deyilir. 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook