SON XƏBƏR

ÜDM-də kəskin azalma

Mart 29
07:39 2016
Ümumi Daxili Məhsulun (ÜDM) iki aylıq həcmi 3.4 miyard dollar və ya 40% azalıb.
 
2016-cı ilin yanvar-fevral aylarında Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə 8 milyard manatlıq ÜDM istehsal olunub. Bu məbləği orta məzənnə ilə dollara çevirsək, 5.1 milyard dollar alınar [8 : 1.58 ≈ 5.1].
 
2015-ci ilin yanvar-fevral ayları üçün DSK bu göstəricini 7 milyard manat hesablayıb. Yenə də həmin dövrə aid orta məzənnə ilə dollara çevirsək, 8.5 milyard dollar alınar [7 : 0.82 ≈ 8.5]. Aradakı fərq 3.4 milyarddır [8.5 – 5.1 = 3.4]. Azalma məbləğini faizə çevirsək, 40% alınar [ 3.4 : 8.5 X 100 = 40%].

Qeyd. DSK yanvar-fevral aylarında iqtisadiyyatın 3.2% geriləməsi haqqında məlumat yayıb. Bu Komitənin malların, iş və xidmətlərin qiymətlərinə dair açıqladığı məlumatlar inandırıcı olmadığına görə "3.2” rəqəmi də şübhəlidir. Məsələn, manatın iki dəfədən çox dəyərini itirməsinə səbəb olan iki devalvasiyadan sonra Komitə bahalaşmanın 11.7% olmasını bildirib. Axı gerçəklikdən uzaq bu cəfəngiyata necə inanmaq olar? Odur ki, iqtisadiyyatımız haqqında nisbətən real təsəvvür yaratmaq məqsədi ilə hesablamaları manata nəzərən sabit valyuta sayılan dollarla təqdim etmişik. (Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook