Dünyanın ən qəribə memarlıq abidələrindən biri - "Tans edən ev" və ya "sərxoş ev"
Mart 13
02:00
2020
Dünyanın ən qəribə memarlıq abidələrindən biri - "Tans edən ev" və ya "sərxoş ev"
Hollandiyalıların yaratdığı sığorta şirkətinin Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən baş ofisinin binası.
Bina xorvat əsilli Vlado Milunic və Kanada əsilli Frank Cehryin birlikdə yaratdıqları memarlıq nümunəsidir.
1992-ci ildə inşasına başlanan binanın tikintisi 1996-cı ildə tamamlanıb.
"Tans edən ev" müasir dünyada dekonstruktivizmin ən parlaq nümunələrindən biridir.
Vaxtilə bu binanın layihəsi ciddi etirazlar yaratsa da, Çexiyanın o zamankı dövlət rəhbəri Haclav Havelin birmənalı dəstəyi inşaatın gerçəkləşməsini sürətləndirdi.
Hazırda "Tans edən ev" Çexiyaya gedən turistlərin ən çox üz tutduqları məkanlardan biridir.
"Tans edən ev"-in damında Fransız restoranı fəaliyyət göstərir.
Mənbə: "Yeni Evim" feysbuk səhifəsi
Qlobal.az