Dövlət müəssisələrinin büdcəyə borcu açıqlandı
Aprel 06
15:44
2016
Azərbaycanda dövlət məxsus iri vergi ödəyicilərinin büdcəyə borcu getdikcə azalır.
Fins.az xəbər verir ki, Fins.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, təkcə bu ilin 1-ci rübündə dövlət müəssisələri 786 milyon manat borc qaytarıb: "Aprelin 1-nə vergi borcları 1,6 milyard manatdan bir qədər çoxdur ki, onun da 22%-ni həmin vergi ödəyicilərinin payına düşür.
Ən çox borcu olan müəssisə "Azərsu”dur. Vaxtilə ən çox borc "Azərenerji”yə məxsus idi, amma onlar demək olar ki, borclarını ödəyiblər.