SON XƏBƏR

Dövlət Neft Fondu banklara 44,8 milyon dollar satıb

May 12
13:44 2016
Mayın 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 9,8 milyon dolları 8 banka və 35 milyon dolları isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.
 
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook