Ekspert: Azərbaycanda mənzillər bahalaşacaq
Oktyabr 27
09:47
2021
"Yeni tikilən binaların bahalaşma ehtimalı böyükdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli deyib:
"Amma qiymətlərin nə qədər artacağını demək çətindir. Ən azından inflyasiya səviyyəsində artımın olacağı gözləniləndir”.
Ekspertin sözlərinə görə, bu bahalaşmaya tikinti materiallarının qiymətinin artması daha çox təsir göstərir:
"Tikinti materialları bahalaşıb. Qarşıdakı dövrdə isə bir qədər də bahalaşacaq. Ona görə ki, yanacaq tikinti materialının hazırlanmasında ən azından 40-45 faiz rol oynayır. Ümumi tikintidə tikinti materialının payı isə 43-45 faiz civarındadır. Bu hal maya dəyərinin artımına gətirib çıxaracaq. Dünya bazarında isə yanacağın qiymətində bahalaşma baş verir. Nəticədə yeni tikilən binalarda bahalaşmanın olması qaçılmazdır”.
Həmsöhbətimiz düşünür ki, tikilən evlərin maya dəyərində 8-10 faiz bahalaşma gözlənilə bilər:
"Tikinti materialında baş verən 10 faizlik artım maya dəyərinin hardasa 4.5 faiz civarında artımı deməkdir. Digər tərəfdən həyat da bahalaşır. Ona uyğun olaraq əmək haqlarında artımlar gözlənilir. Bu artım son nəticədə yenə də tikintinin maya dəyərinə öz təsirini göstərəcək. Əmək haqqının 10 faiz artımı tikintinin maya dəyərinin hardasa 3 faiz artımı deməkdir. Bütün bu amillər son nəticədə yeni tikililərdə qiymətlərin bahalaşmasına səbəb olacaq. Tikintinin maya dəyərində hardasa 8-10 faiz həcmində artım olacaq.
Belə vəziyyətdə tikinti şirkətləri satış qiymətini mövcud vəziyyətdə saxlamaq üçün ya rentabelliyi azaltmalı, ya da satış qiymətinin üstünə həmin faizi qoymalı olacaqlar. Bazarda alıcı olmasa, rentabelliyi aşağı salmalı olacaqlar. Bunun əksi baş verdikdə isə satış qiymətini artıracaqlar”.