Ekspert: "Azərbaycanda mənzillərin qiyməti sürətlə qalxacaq"
Sentyabr 02
12:42
2021
"Çünki son 1 il yarımda tikinti məhsullarının qiymətində artım var”
"Bu da birbaşa istər yeni tikili, istərsə də həyət evlərininin qiymətinə təsir edir”
"Bəzi tikinti materiallarında 30 faiz, bəzilərində isə daha çox artımlar müşahidə olunur”
Artıq 1 il yarımdır ki, ölkəmiz pandemiya ilə mübarizə aparır. Koronavirusun mənfi təsirləri bir çox sahədə olduğu kimi mənzil bazarından da yan keçmədi. Mənzil bazarında durğunluq müşahidə olundu. Bundan başqa , pandemiya dövrü kirayə mənzillərə təsirsiz ötüşməyib. Bazar üçün avqustun sonu - sentyabrın əvvəlinə düşən "qaynar" mövsüm bu il praktik olaraq hiss olunmur. Ümumiyyətlə, tələbələrin bölgələrə getməsi səbəbindən kirayə evlərə də tələbat azalıb.
Mənzil bazarındakı vəziyyəti şərh edən Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev vurğulayıb ki, xarakterindən asılı olaraq bütün Azərbaycan xalqı əmlaka bağlıdır. Onun sözlərinə görə, Bakı şəhərinə baxsaq, görərik ki, hər tərəfdə yeni tikili kompleks binalar və hər binada da minimum 2-3 min mənzil var:
"Bu, o deməkdir ki, insanların mənzilə marağı daha çoxdur. Türkiyə, Avropa və digər ölkələrdə böyük əksəriyyət insan kirayədə qalmağı üstün tutur. İnsanlar pandemiya dövründə bəzi əngəllər üzündən ev ala bilmədilər. Bankların zəif işləməsi, ölkə sərhədlərinin bağlı olması, virus təhlükəsinə görə ev satanların alıcıları öz evlərinə buraxmaması kimi halların şahidi olduq. Hazırda isə bütün dünyada vəziyyət dəyişib, artıq insanlar koronavirusla bağlı qadağalara öyrəşib.
Ancaq əmlak bazarı Azərbaycanda mövcuddur. Düzdür, indiki vəziyyət əvvəlki kimi deyil, lakin ötən illərə nisbətən yaxşılaşma var. Sadəcə satışların böyük əksəriyyəti kredit üzərindən aparılır.
Satışı zəif olan sahələr isə istismar müddəti bitmiş köhnə binalardır. Belə mənzillər ipoteka və digər kreditlərə düşə bilmir, onların satışı əvvəlki kimi deyil. Əvvəllər xaricdə, əsasən də Rusiyada yaşanlar gəlib Bakıdan mənzil alırdılarsa, son 1 il yarımda bu say azalıb. Türkiyədə çoxlu sayda azərbaycanlı vətəndaş ev alıb”.
E.Fərzəliyev bildirib ki, hazırda mənzil bazarında vəziyyət ötən ilə nisbətən daha yaxşıdır:
"Çünki ötən il mənzil bazarı tamamilə çökmüşdü. Hazırda mənzil alışı və satışı qaydasına düşmək üzrədir. Qiymətlərdə isə enmə olmayacaq. Satış bir az sürətlənsə, qiymətlərdə artım müşahidə ediləcək. Çünki son 1 il yarımda tikinti məhsullarının qiymətində artım var. Bu da birbaşa istər yeni tikili, istərsə də həyət evlərininin qiymətinə təsir edir.
Bəzi tikinti materiallarında 30 faiz, bəzilərində isə daha çox artımlar müşahidə olunur. Bu da onu göstərir ki, müəyyən zamandan sonra xüsusən yeni tikili binalardakı qiymət bugünkü kimi olmayacaq. Səbəb həm tikinti materiallarının qiymətindəki bahalaşma, həm də torpaq sahəsi yox kimidir, yəni məhdud saydadır”.
Ekspert kirayə mənzil bazarındakı duruma da toxunub:
"Kirayə mənzil bazarı keçən il sərt karantin olan zaman çökmüşdü. Ali təhsil müəssisələri bağlandı, tələbələr rayonlara getdi, xarici vətəndaşlar da öz ölkələrinə qayıtdılar deyə kirayə mənzil bazarında boşluq yarandı.
Bu gün ucuz kirayə mənzillərin sayı məhdud saydadır, hətta yox dərəcəsindədir. Amma yeni tikili binalardakı bahalı evlərin böyük əksəriyyəti ötənilki sərt karantindən bu yana demək olar ki, boş vəziyyətdədir. Çünki bahalı evləri kirayə tutan şirkət rəhbərləri, xarici vətəndaşlar artıq Bakıda deyillər.
Ali təhsil müəssisələri açılsa, yoluxma sayı azalsa, xarici tələbələr və iş adamları ölkəmizə gəldikdə bahalı mənzillərin də kirayəsinə dair vəziyyət düzələcək”.