SON XƏBƏR

Ekspert həyacan siqnalı verdi: "Banklar batır"

May 13
12:15 2016
"Hökümət banklara kimlərəsə məxsus olmasına görə göstərdiyi dəstək böhranı aradan qaldırmağa yox, onun gizlədilməsinə xidmət edəcək".

Bu sözləri Qaynarinfo.az-a açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev beynəlxalq agentliklərin Azərbaycan bankları ilə bağlı bədbin praqnozlarına və bank sisteminin düşdüyü böhrandan çıxması üçün hökümət yardımının önəminini zəruri edən amillərə münasibət bildirərkən deyib.
 
Azər Mehdiyevin sözlərinə görə, bank sektorundakı əsas problem şəffaflığın olmamasıdır: "Banklarla bağlı məlumatların bir hissəsi Mərkəzi Bnk tərəfindən ictimaiyyətə açıqlansa da, bankların fəaliyyətində problemlər daha çoxdur. Kifayət qədər şəffaflığın olmaması həm investorlar üçün, həm də sahibkarlar və əhali üçün həmin banklar haqqında məlumat almaqda çətinlik yaradır. Təbii ki, bu da kreditlərin alınmasında və əmanətlərin qoyulmasında bir sıra problemlər yaradır".

İqtisadçı bildirib ki, bank sektorundakı böhran aradan qalxmasa ciddi fəsadlara səbəb ola bilər: "Neft gəlirlərinin yüksək olduğu dövrdə problemlər üzə çıxmırdı. Çünki dövriyyədə böyük miqdarda pul var idi. Bu vəsaitlərlə həm əhalinin gəlir əldə etmək imkanları geniş idi, həm də bankların öz fəaliyyətini istədikləri çərçivədə qurmasına imkan verirdi. Amma elə ki, ölkəyə neft pullarının daxil olması, dövlət xərcləmələri azaldı, iqtisadi fəallıq aşağı düşdü, onda məlum oldu ki, bank sistemində ciddi problemlər var. Bu bankların idarə etmə sisteminin, düzgün maliyə menecmentinin qurulmaması ilə bağlıdır. Problemlər elə ciddi vəziyyətə gəlib ki, bank sisteminin böhranı yaranıb. Bu böhranın qarşısı alınmazsa, dərinləşərsə bütövlükdə ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq". 
 
Azər Mehdiyev hökumətin banklara dəstəyinin vacibliyini vurğulayıb: "Bank sistemi əvvəldən doğru istiqamətdə qurulmalı idi. Rəqabətədavamlı və şəffaf hesabatlı bir mühüt olmalı idi. Amma bu baş vermədi. Real olaraq banklar böhran qarşısındadır. Böhranın dərinləşməsinin qarşısını almaq üçün həm Mərkəzi Bank, həm də hökümət tərəfindən addımların atılması zəruridir. Ancaq bu addımlar əvvəlki kimi qapalı şəkildə, hansı banklara nə üçün göstərldiyi əhaliyə elan olunmadan atılmamalıdır. Bu baxımdan bank sisteminin böhrandan çıxması üçün hökümətin yardım göstərməsi nə qədər məqsədə uyğundursa, bankların şəffaf qurulması və cəmiyyətə açıq olması da o qədər vacibdir. Bu yardımlar nəticəsində bankların üzərinə götürəcəyi məlumatı nə dərəcədə yerinə yetirməsi ilə əlaqədar cəmiyyətə məlumat verilməsi önəmlidir".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook