SON XƏBƏR

Ekspert: “Şəhərsalma proqramlarının icrası istiqamətində çox ciddi addımlar atılmalıdır”

Aprel 26
12:45 2022
Xəbər verdiyimiz kimi, Bakıdakı qəzalı binalarla bağlı komissiya yaradılıb. Qeyd olunub ki, Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb. 

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Demokrat.az-a açıqlamasında vurğulayıb ki, əvvəllər də bu sahədə işçi qrup fəaliyyət göstərib:

"Ümumiyyətlə, paytaxtda qəzalı binalarla bağlı Cənab Prezidentin fərmanının icrası istiqamətində indiyədək bir sıra işlər görülüb. Xüsusilə şəhər mərkəzində kommuna kimi tanınan köhnə binalar artıq sökülərək, bir çoxu yeni binalarla əvəzlənib. Eyni zamanda, burada söhbət təkcə kommunalkalar getmir, bütövlükdə köhnə mənzil fondunun yenisi ilə əvəz olunmasından gedir. Bütün hallarda hesab edirəm ki, burada iqtisadi baxımdan tarazlığı qorumaq, dövlət vəsaitlərinin, büdcə vəsaitlərinin səmərəli istifadəsi təşkilini təmin etmək baxımından, köhnə mənzil fondunun yenilənməsi prosesi dövlətin iştirakı olmadan həyata keçirilməlidir. Yəni, bu büdcə vəsaitləri hesabına həyata keçirilməməlidir. Bura təbii ki, müəyyən güzəştlər daxilində özəl sektorun nümayəndələri, hətta mümkün olarsa, xarici investorların cəlb olunmasında bu prosesə təkan verməlidir”.

Ekspertin sözlərinə görə, gələcəkdə şəhərin görünüşü, şəhərsalma proqramlarının icrası istiqamətlərinin müəyyən olunması baxımından da çox ciddi addımlar atılmalıdır:

"Ancaq məsələ burasındadır ki, hökumətdəki bəzi yoldaşlar hesab edirlər ki, Azərbaycanın strateji yol xəritəsinin istiqamətləri daha çox daxili resurslar hesabına oxşar layihələrin həyata keçirilməsini nəzərdə tutur. Mən hesab edirəm ki, bu belə olmamalıdır. Büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin olunması baxımından biz özəl sektorun, eyni zamanda beynəlxalq xarici investisiyanın cəlb olunmasının təşkilini təmin etməliyik”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook