SON XƏBƏR

Ekvadorun yeni vitse-prezidenti qadın olacaq

Yanvar 05
09:48 2018
Ekvadorun yeni vitse-prezidenti vəzifəsinə 3 namizədin adları ölkənin prezident administrasiyasının milli assambleyasına salınıb.
 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentin rəhbəri Xose Serrano məlumat verib.
 
"Respublikanın vitse-prezidentini seçmək və vəzifəsinə başlamaq üçün plenar iclas şənbəyə, yanvarın 6-a təyin edilib. Üçlük namizədlər Mariya Alexandra Vikunya, Mariya Fernanda Espinosa və Rosana Alvaradodur", - deyə Serrano özünün "Twitter"dəki mikrobloqunda yazıb.
 
O, həmçinin prezident Lenin Morenodan göndərilmiş, namizədlərin adlarını təqdim edən məktubu da yayıb.
 
Dekabrın ortalarında Ekvador məhkəməsi vəzifəsindən uzaqlaşdırılmış sabiq vitse-prezident Xorxe Qlası Braziliyanın "Odebrecht" tikinti şirkəti ilə cinayət əməlinə görə 6 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə sabiq vitse-prezidenti şirkətlə cinayətkar sövdələşməsində ittiham edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook