SON XƏBƏR

Eldar Mahmudovun ələ keçirdiyi ASC ətrafında nə baş verir? - Məhkəmə qalmaqalı

Yanvar 07
13:45 2024
"Sumqayıt-Ağac Emalı" Açıq Səhmdar Cəmiyyəti (ASC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi arasında vergi qalmaqalı davam edir. 

Qaynarinfo-nun apardığı araşdırmadan məlum olur ki, ASC-yə 47 576,65 vergi borcu yazılıb. Şirkət isə borcu ödəmir. Bu baxımdan idarə məhkəməyə müraciət edib. 

Birinci instansiya məhkəməsində nəticə əldə olunmayıb. Bu baxımdan, idarə apellyasiya şikayəti verib. Bu iş üzrə ləğv prosesində olan "AgBank" ASC və Mərkəzi Bank da ərizəçi qismində çıxış edir. 

"AgBank"ın bu məsələdə tərəf olması təsadüfi deyil. Araşdırmalarımız zamanı məlum olub ki, "Sumqayıt-Ağac Emalıl" ASC fəaliyyətinin ilk dövrlərində "AgBank"dan kredit götürüb. Lakin sonradan bankın sahibi keçmiş deputat Çingiz Əsədullayev şirkətin gerçək sahiblərindən alınmasında mühüm rol oynayıb. 

Həmin vaxt "Sumqayıt-Ağac Emalı" ASC-nin rəhbəri olan Haqverdi Məmmədovun xanımı Elmira Məmmədovanın mediada yayımlanan müraciətindən aydın olur ki, şirkəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov ələ keçirib. 

"Çingiz Əsədullayev həyat yoldaşımı yanına çağıraraq bildirdi ki, milli təhülkəsizlik naziri Eldar Mahmudov bizim sənədləri istəyir. Yoldaşıma demişdi ki, sənədləri verməyəcəyi təqdirdə tezliklə onu və oğlanlarımı həbs edəcəklər. Biz Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın olduğunu və bizim üçün onların real təhlükə olduğunu bilirdik. İkinci dəfə Çingiz Əsədullayev bizi yanına çağırıb bildirdi ki, zavodun səhmlərini təcili olaraq Burhan adlı adamın adına dövr edək. Əks təqdirdə sizi yaxşı aqibət gözləmir. Sonda Çingiz Əsədullayev bizə bildirdi ki, konkret "hə", ya "yox" deyin. "Hə" olacağı təqdirdə bunun əvəzində 500 min - 1 milyon manat halallıq da veriləcək ki, işlə bağlı başqalarından aldığımız şəxsi borcları qaytara bilək. Bu, hər şeyimiz əldən çıxarılması demək idi, lakin iki oğlumuzu qorumaq üçün razılaşdıq, notariusa gedildi, səhmlər dövr edildi və bundan sonra borclarımızla baş-başa qaldıq", deyə Haqverdi Məmmədovun xanımı müraciətində qeyd edib. 

Bəzi məlumatlara görə, "AgBank"ın bu iş üzrə ərizəçi olması şirkətə verilmiş kreditlərlə bağlıdır. 

İndi şirkətin qanuni təmsilçisi Qeys Kərimovdur. Elmira Məmmədova onu Çingiz Əsədullayevin adamı kimi təqdim edir. 

Bu halda "AgBank"ın ASC-yə qarşı çıxması maraqlıdır. Görünür, artıq ASC bankirə və Eldar Mahmudova lazım deyil. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook