Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşəbbüsü ilə əcnəbi tələbələr Qarabağa səfər edib
İyun 03
12:01
2021
Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşəbbüsü, Bakı şəhəri Gənclər və İdman Baş idarəsi, Azərbaycan Respublikası Təhsil nazirliyi, Azərbaycan Respublikası Müdafiə nazirliyinin dəstəyi ilə 30-dan artıq dövlətin nümayəndəsi olan 40-dan artıq əcnəbi tələbələr Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər ediblər.
Səfər zamanı Xudafərin körpüsü, Cəbrayıl və Füzuli rayonlarının erməni vəhşiləri tərəfindən viran qalmış şəhər və kəndlərində olublar. Səfər iştirakçıları onun da şahidi olublar ki, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız xarabalıqlara çevrilsə də, cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu torpaqları azad etməklə paralel quruculuq işləri də aparılıb. Yollar çəkilir, infrastruktur bərpa olunur, yeni salınacaq şəhər və kəndlərin su, işıq, qaz, stasionar və mobil rabitə ilə təminatı üçün işlər görülür.
Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qazilərimizin federasiya ətrafında birləşərək, onlara sosial və psixoloji, mənəvi dəstəyin verilməsi üçün əlindən gələni edir.