Elman Babayev: “Bu, elektron müraciət və təyinat sistemini gözdən salmağa yönəlib”
Aprel 18
21:02
2016
"Nazirliyi qarşısında 100-ə yaxın vətəndaşın aksiya keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir"
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında 100-ə yaxın vətəndaşın aksiya keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyri-qanuni şəkildə yardım almaq istəyinə çata bilməyən ayrı-ayrı şəxslərin əsassız narazılığının aksiya kimi təqdim olunması cəmiyyətdə dezinformasiya yaratmağa, ümumən ölkəmizin mühüm nailiyyəti olan elektron müraciət və təyinat sistemini gözdən salmağa yönəlib".
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
E.Babayev vurğulayıb ki, nazirlik önünə gələn 10-a yaxın vətəndaş öz gəlirləri barədə düzgün məlumat vermədikləri üçün elektron sistem tərəfindən imtina cavabı alıblar: "Hətta onlardan biri hazırda ünvanlı sosial yardım alır və bu səbəbdən ona imtina cavabı verilib. Nazirliyin önünə yığışan həmin vətəndaşların əksəriyyəti isə onların müraciətlərinin kağız formasında qəbulunu istəyiblər və istəklərinə çatmaq üçün müxtəlif vasitələrə əl atıblar. Bir daha bəyan edirik ki, ünvanlı sosial yardımın təyin olunub-olunmaması barədə qərarın qəbulu elektron qaydada avtomatlaşdırılmış rejimdə və tam şəffaf şəraitdə həyata keçirilir. Ona görə də kiminsə hazırda sosial yardımın təyinatında hansısa qeyri-qanuni halın mümkünlüyünü səsləndirməsi ya qərəzli və ədalətsiz münasibətin, ya da bu yeni sistem barədə tam məlumatsızlığın nəticəsi kimi qəbul olunmalıdır".
Şöbə müdiri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanının uğurlu icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq iki aydan çoxdur ki, tətbiq edilən ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) sosial yardım sahəsində məmur-vətəndaş müdaxiləsi mümkün olmayan, tam şəffaf bir sistemin formalaşmasını təmin edib: "Əvvəllər vətəndaşlar təmsil etdikləri ailəyə yardımın təyin edilməsi üçün müvafiq rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşlarına müraciət etməli olurdularsa və yardımın təyin olunub-olunmaması barədə qərar məmurun iradəsindən asılı idisə, artıq bu təcrübə keçmişdə qalıb. Cari il fevralın 15-dən vətəndaşlara sosial yardımın alınması üçün "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidməti vasitəsilə elektron qaydada müraciət etmək imkanı yaradılıb və yardımların təyinatı prosesi, ümumiyyətlə, insan iştirakı olmadan, tam avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Digər tərəfdən, vətəndaşlar əvvəllər yardım üçün müraciət edilməsindən ötrü müxtəlif qurumlardan sənədlər toplamalı idi ki, bu da nəinki onların çətinlik çəkməsinə, eyni zamanda bu və ya digər təşkilatlarda aidiyyəti məmurlarla qarşılaşmasına, beləliklə, məmur-vətəndaş təmaslarının genişlənməsinə səbəb olurdu. VEMTAS-ın tətbiqi bu praktikaya da son qoydu və hazırda yardım üçün müraciət edilməsində kağız daşıyıcılardan istifadə olunmur".
Nazirlik rəsmisi vurğulayıb ki, vətəndaş sadəcə olaraq yalnız notarusdan ailə adından müraciət üçün vəkil edildiyi barədə vəkalətnamə alır və qeyd edilən e-xidmət vasitəsilə müraciəti zamanı ailəsinin tərkibi, gəlirləri və s. barədə məlumatları "Ərizə-bəyannamə"də qeyd edir: "Müraciət edən ailələrə aid tələb olunan məlumatlar isə elektron qaydada 20-dən çox qurumun informasiya resurslarından əldə olunur və həmin məlumatlar avtomatlaşdırlmış rejimdə təhlil edilərək ailəyə yardım təyin edilib-edilməməsi barədə qərar verilir. Göründüyü kimi, ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi və bu yardımın təyin olunması prosesi tam avtomatlaşdırılmış qaydada və şəffaf şəraitdə baş verir".
Qlobal.az