SON XƏBƏR

Çempionun “SuperMarket №1”-i bağlanır

Aprel 25
12:27 2016
Bakıda ötən il fəaliyyətə başlamış və cəmi 4 filial açmış " SuperMarket-№1” bağlanır. Şəbəkənin filiallarının bağlanmasına, 20 Yanvar metrosu yaxınlığında "Nəsimi” filialından başlanılıb.
 
Hazırda topdansatış şirkətləri mağazadakı öz mallarını geri təhvil almaqla məşğuldurlar.
 
Şəbəkənin "Nəsimi” filialı həm "SuperMarket-№1”in,  həm də Bakının ən böyük supermarketlərindən biri hesab olunurdu.
 
Qeyd edək ki, "SuperMarket-№1”lərin olimpiya çempionu Elnur Məmmədliyə məxsus olduğu bildirilirdi. İdmançı "SuperMarket-№1”lərin ona məxsus olduğunu təsdiq etmişdi.
 
Şəbəkənin 500 nəfər civarında işçisinin olduğu bilinirdi. (Marja)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook