SON XƏBƏR

Endrü Con Uayls "Abel" mükafatı alıb

Mart 18
20:03 2016
"Riyaziyyatçılar üçün Nobel mükafatı” adlandırılan nüfuzlu Abel mükafatına britaniyalı alim Endrü Con Uayls layiq görülüb.
 
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, naked-science.ru saytının məlumatına görə, Abel mükafatı 2003-cü ildən başlayaraq hər il müasir riyaziyyat elmi sahəsində fundamental nəticələr əldə etmiş görkəmli alimlərə verilir.
 
Mükafat alimə 1994-cü ildə təqdim etdiyi Böyük Ferman teoreminin sübutuna görə verilib. Teoremi sübut etmək üçün tədqiqatçı tərəfindən elliptik əyrilərin nəzəriyyəsi tətbiq edilib. Alimin riyaziyyat elminə verdiyi bu töhfə gələcək elmi nəticələrin əldə olunmasına geniş imkanlar yaradır.
 
Pul ekvivalenti 700 min dollar təşkil edən bu mükafatın təqdimetmə mərasimi bu il mayın 24-də Norveçin paytaxtı Osloda olacaq.
 
Qeyd edək ki, hazırda Endrü Con Uayls İngiltərənin Prinston Universitetində riyaziyyat üzrə professordur.
 
O, Böyük Ferman teoremini sübut etməyə ilk dəfə hələ on yaşı olanda təşəbbüs göstərib.
 
Qlobal.z



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook