Evin qeydiyyatı üçün tələb olunan sənədlər
Sentyabr 25
14:54
2019
Əmlak Məsələləri Dövlət Komitəsi arayış yayıb. Novator.az bildirir ki, arayışa görə, fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlər əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir: "Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək inşa edilmiş, hündürlüyü 12 metrədək olan yaşayış evləri icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində yerləşirsə, torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir.
Vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd tələb olunur.
Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üçün digər sənədlər lazımdır. Vətəndaş torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədləri təqdim etməlidir.
Daşınmaz əmlak məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evidirsə, bu halda torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçinin tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verməsini təsdiqləyən sənəd tələb olunur.
Fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması xidməti vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində göstərilə bilər”.