SON XƏBƏR

"Evrascon" şirkəti məhkəməyə verildi

Sentyabr 12
11:55 2023
"Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Qlobal.az FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin icraatındadır.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook