"Expressbank"-ın təhsil və tibb işçiləri üçün kredit reklamı yalandır?
May 12
12:32
2023
"Expressbank"-ın sosial şəbəkələrdə paylaşdığı kredit reklamı bankı biabırçı duruma salıb.
Qlobal.az xəbər verir ki, kredit reklamına yazılan şərhlərdə vətəndaşlar "Expressbank"-ı saxtakarlıqda ittiham edirlər.
Vüqar Ağakişiyev adlı vətəndaş bankın 11.5 faizlə kredit təklifinin yalan olduğunu yazır.
Sahil Qasımov adlı vətəndaş isə "yalandır vallah, mən bu gün getmişdim"-yazır.
Vüsal Hacıbəyov isə "Sizə neçə dəfə yazdım, cavab gəlmədi. Boş reklamdı sadəcə" -deyə, qeyd edir.
Qlobal.az bankın sosial şəbəkələrdə paylaşılan kredit reklamına yazılan şərhlərin screnlərini təqdim edir: