Fermerlərə kredit verilməsi bərpa edilib
Mart 31
15:20
2016
Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sahibkarlara, fermerlərə dəstək məqsədilə verilən kreditlər dayandırılmışdı. Məsələn, 2016-cı ildən başlayaraq kəndlilər ən azı 2-3 baş mal-qara almaq üçün kredit götürmək istədiyi zaman müraciət etdiyi ünvanlardan "yoxdur” cavabını almışdı.
Kənd Təsərrütafı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtzəli Hacıyev Modern.az saytına deyib ki, bu məsələ ilə bağlı heç bir problem yoxdur:
"Fermerlərə verilən kreditlər dayandırılmayıb. Həmçinin istər yerli, istərsə beynəlxalq layihələrin heç biri dayandırılmayıb və uğurla davam etdirilir. Hazırda nazirlik tərəfindən Respublika Süni Mayalanma Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir, bundan başqa at zavodunun tikintisi davam edir. Ümumiyyətlə, bütün layihələrdə nəzərdə tutulan işlər həyata keçirilir”.
Bölgələrdən saytımıza verilən məlumata görə, kreditlərin verilişi bu gündən etibarən bərpa edilib.
Qlobal.az