Fransız futbolçu “Qarabağ”ın təklifini qəbul etmədi
Avqust 30
03:16
2017
Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək "Qarabağ” klubu heyətini gücləndirmək üçün oyunçu axtarışını davam etdirir.
"Qafqazinfo” İtaliyanın Tuttomercatoweb.com saytına istinadən xəbər verir ki, "Qarabağ” "Bolonya”nın yarımmüdafiəçisi Antoni Münyeni transfer etmək istəyir.
Lakin, 29 yaşlı futbolçu Ağdam təmsilçisinin təklifini qəbul etməyib. Danışıqlar prosesinin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Lyon”, "Nitsa” və "Monpelye” kimi klublarında forma geyinmiş Münye, 2015-ci ildə "Bolonya”ya keçib. Lakin, bu klubda istənilən səviyyədə çıxış etmədiyi üçün ötən müvsümün ilk dövrəsini "Sent-Etyen”də (meydana çıxmayıb - red), ikinci dövrəsini isə "Atalanta”da keçirib və 5 oyunda forma geyinib.