Gəncəlilər YAP-ın namizədini dəstəkləyir
Oktyabr 14
14:01
2015
Milli Məclisə seçkilərlə əlaqədar olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncə Dövlət Dram Teatrında 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülən Həmzəyev Naqif Ələşrəf oğlunun seçicilərlə görüşü olub.
"Qafqazinfo" xəbər verir ki, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə açaraq, ölkəmizin hər yerində olduğu kimi,doğma şəhərimizdə də 1 noyabrda keçiriləcək Milli Məclisə seçkilərin mühüm mərhələsi olan təbliğat-təşviqat kampaniyasının şəhərimizdə də yüksək səviyyədə və uğurla keçirildiyini bildirib
Pərvin Kərimzadə fədakar fəaliyyəti və şəxsiyyəti ilə Azərbaycan gəncliyinin nümunəsi olan, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən Həmzəyev Naqif Ələşrəf oğlunun şəhər ictimaiyyəti arasında qısa müddət ərzində böyük hörmət və nüfuz qazandığını deyib. Bildirib ki, Naqif Həmzəyev Universitetinin informasiya və texnologiya şöbəsində mütəxəssis vəzifəsindən həmin inistitutun informasya və texnologya mərkəzinin direktoru, Kəpəz rayon İcra başçısının müavini, YAP Gəncə şəhər Təşklatının sədri, Gəncə şəhər İcra Hakmiyyəti başçısının birinci müavini vəzifələrinədək yüksəlib, bütün sahələrdə göstərilən etimadı layiqincə doğruldub.
Pərvin Kərimzadə bütün seçiciləri 1 noyabrda seçki məntəqələrinə gələrək, Həmzəyev Naqif Ələşrəf oğluna səs verməyə, həmçinin YAP-ın digər namizədlərini dəstəkləməyə çağırıb.
Təbliğat qrupunun üzvləri çıxış edərək Azərbaycanın sosial-iqtisadi və mədəni, ictimai-siyasi həyatında gənclərin fəal rol oynadığını, qazanılan möhtəşəm nailiyyətlərdə onların xüsusi payı olduğunu vurğulayıblar. Bildiriblər ki, hər zaman gənclərin önündə olan, onları öz arxasınca aparan Həmzəyev Naqif Ələşrəf oğlu Milli Məclisdə bütün gəncəliləri layiqincə təmsil etməyə qadirdir: "Bir noyabrda seçki məntəqələrinə gələn bütün seçicilər bilməlidirlər ki, onlar Həmzəyev Naqif Ələşrəf oğluna səs verməklə, Yeni Azərbaycan Partiyasına, davamlı inkişafa və yüksək rifaha səs verəcəklər"
Seçicilər çıxışlarında Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Həmzəyev Naqif Ələşrəf oğluna səs verəcəklərini bildiriblər.