General Ehtiram Xəlilovun gizli aksiz biznesi- İLGİN İDDİA
Aprel 02
04:57
2016
Aksizsiz malları ölkəyə gətirən şəbəkəyə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilovun və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general leytnant Səfər Mehdiyevin rəhbərlik etdikləri iddia olunur
Həmçinin iddia olunur ki, Səfər Mehdiyev və Ehtiram Xəlilova aid olan "TIR”lar Rusiyadan, (Dağıstandan), spirtli içkilər gətirirlər və bu spirtli içkilər gömrük qeydiyyatından keçmir.
Bu gün Azərbaycanın bütün marketlərində aksizsiz siqaretlər və demək olar ki, bütün şadlıq evlərində bir çox restoranlarda aksizsiz spirtli içkilər satılır. Bütün bunlar açıq şəkildə baş verir və aksizsiz malların qanunsuz olaraq satışının qarşısı alınmır. Qarşısının alınmamasının səbəbi isə birdir. Aksizsiz mallarıın ölkəyə gətirilməsinin qarşısını almalı olan və satış məntəqələrindən aksizsiz malları toplayaraq dükan sahiblərini cəzalandırılmalı olan qurum – Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi aksizsiz malların ölkəyə gətirilməsini və onların satışını özlərinin əsas biznes sahəsinə çeviriblər.
Xatırladaq ki, bir müddət əvvəl mətbuat Astara Gömrük İdarəsində aksiz malların ölkəyə necə keçirilməsi ilə bağlı araşdırma yazı ilə çıxış etmişdi. Bu mövzu ilə əlaqədar olaraq ikinci araşdırma yazımızı oxucularımızın diqqətinə cəlb edirik. Sayt bu dəfə araşdırmalarını Tovuz və Xaçmaz Gömrük İdarələrində aparıb.
Öncəliklə qeyd edək ki, aksizsiz malların ölkəyə qanunsuz olaraq keçirilməsi mükəmməl şəkildə şəbəkələşdirilib və demək olar ki, ölkəninin bütün sərhəd keçid məntəqələrində aksizsiz malların ölkəyə keçirən mütəşəkkil dəstələr fəaliyyət göstərir. Və böyük təəssüflə qeyd etməliyik ki, bu şəbəkələrə sərhəd keçid məntəqələrinin rəisləri başçılıq edirlər.
Məlumata görə isə mərkəzdə isə bu şəbəkəyə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilov və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general leytnant Səfər Mehdiyev rəhbərlik edirlər. Səfər Mehdiyev və Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirirlər. Hər iki general bu qeyri-rəsmi "biznes”dən hər ay yüz min manatlarla gəlir əldə edirlər.
Ümumilikdə isə aksizsiz malların aylıq satış dövriyyəsi hər ay bir neçə milyon manat təşkil edir. Daha əvvəllər isə yerli MTN idarələrinin vasitəsi ilə hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun da Səfər Mehdiyev və Ehtiram Xəlilova şərik olduğu bildirilir. Hazırda isə yerli DTX şöbələrinin işçiləri prossesə qətiyyən müdaxilə etmirlər və könüllü olaraq bu gəlirli biznesdən kənarlaşıblar. Buna səbəb isə yeni rəhbərliyin şansı mövqedən çıxış edəcəyi ilə bağlı məlumatsız olmalarıdır.
Qeyd edək ki, birinci yazıda aksizsiz siqaretlərin Astara Gömrük İdarəsindən idarə rəisi Sücəddin Hüseynovun qaynının rəhbərlik etdiyi şəbəkəninin iş sxemi barədə məlumat verilmişdi. "Qırmızı körpü”, ("Sınıq körpü”), sərhəd keçid məntəqəsindən aldığımız məlumatda da şəbəkəyə birbaşa Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov şəxsən rəhbərlik edir.
Astarada olduğu kimi burda da əsasən yerli sakinlərdən istifadə olunur. Lakin aldığımız məlumata görə digər bir şəbəkə də sərhədin Gürcüstan hissəsində, Gürcüstan sərhəd keçid mənqəsində fəaliyyət göstərir. Həmin şəxslər sərhədi keçən insanlardan, qadın, kişi, fərqi yoxdur, Azərbaycan tərəfə 3-5 blok siqaret keçirməyi xahiş edirlər.
Və bunu elə bir şəkildə edirlər ki, qarşı tərəf "yox” deyə bilmir. Sərhədin Azərbaycan tərəfində isə onlardan həmin siqaretləri gömrük işçiiləri alır. Qeyd edək ki, qanunvericiliyə əsasən hər kəs 600 ədəd siqareti aksiz vergisi ödəmədən ölkəyə gətirə bilər. 3 blokdan artıq siqaret keçirənlərə isə gömrük işçiləri sadəcə göz yumurlar. Çünki həmin siqaretləri sərhədi keçən vətəndaşlar elə Gömrük işçilərinə təhvil verirlər.
Xaçmaz Gömrük İdarəsindən aldığımız məlumatlarda eyni prosesin baş verdiyi bildirilir. Bütün digər sərhəd keçid məntəqələrində olduğu kimi, burda da şəbəkəyə Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və paralel olaraq Samur buraxılış məntəqəsi, Yalama buraxılış məntəqəsi, Xudat(Xanoba) buraxılış məntəqəsi, Şirvanovka sadələşdirilmiş buraxılış məntəqəsi, Zuxul sadələşdirilmiş buraxılış məntəqələrinin rəisləri rəhbərlik edirlər.
Qeyd edəki, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov və Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyevin yaxın adamları kimi tanınırlar. Mehman Sadıqovun Azər Məmmədovla yaxın dost və kirvə olduqları da bildirilir.
Onu da qeyd edək ki, bir müddət əvvəl mətbuatda Azər Məmmədovun Xaçmaz Gömrük İdarəsinin rəisi təyin olunması üçün Səfər Mehdiyə 1 milyon manatlıq hədiyyə və Mehman Sadıqova "Porsche” markalı ( dövlət nömrə nişanı 90TR090) avtomobil hədiyyə etməsi ilə bağlı məlumat yayılıb. Həmin məlumat qarşı tərəfdən hələ də təkzib olunmayıb.
Həmçinin mənbə bildirir ki, Səfər Mehdiyev və Ehtiram Xəlilova aid olan "TIR”lar Rusiyadan, (Dağıstandan), spirtli içkilər gətirirlər. Həmin "TIR”ların malları bir qayda olaraq sərhəd keçid məntəqəsində qeydiyyata alınmırlar.Bu barədə daha ətraflı növbəti yazımızda. Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq. /regionxeberleri.com
Qlobal.az