“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər
İyun 01
15:24
2023
"Gilan Holdinq”in törəmə şirkəti olan "Gilan Orchards” MMC-nin qanuni təmsilçisi Emil Sultanovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyula bilər.
Qaynarinfo xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi Baki Kommersiya Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib.
İdarənin ərizəsinə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.
Bu ilin martında Emil Sultanov "Gilan Holdinq”ə daxil olan "Capital Tovvers Residence” MMC-nin direktoru təyin edilib. Bu barədə mediada yayılan məlumatda bildirilir ki, o, Qaybalıyeva Nilgün Akif qızını əvəzləyib.
"Capital Tovvers Residence” MMC-nin qanuni təmsilçisi isə Mustafayeva Yeganə Fəxrəddin qızıdır.
Bu ilin mayında şirkətin reyestr məlumatlarına dəyişiklik edilib. Görünür, bu dəyişikliklə qanuni təmsilçi də əvəzlənib.

"Gilan Holdinq” fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Bu barədə mediada yetərli qədər məlumat tirajlanıb. Bu məlumatlar indiyə qədər təkzib olunmayıb.
Qlobal.az