SON XƏBƏR

«Gilan»ın başladığı tikintini «Pasha Construction» tamamlayacaq

Avqust 08
16:53 2022
Bakıda, şəhərin mərkəzində dəniz kənarında 10 ildən artıq müddətdə aparılan məşhur binanın tikinti işləri başa çatmaq üzrədir. Qlobal.az FED.az-a istinadla xəbər verir ki, The Crescent (Aypara) layihəsi son illər Bakıda həyata keçirilən maraqlı bina konseptlərdən ən yadda qalanıdır. Dairə şəklində inşa edilən bina 6 ulduzlu «Crescent Hotel», «Crescent City» biznes mərkəzi, yaşayış hissəsi, eləcə də pərakəndə satış və əyləncə mərkəzini - «Crescent Place»i özündə birləşdirir.

Buradakı oteldə 360 otaq, eləcə də 24 saat tam otel servisi (təmizlik, konseryej və sair) göstərilən 124 mənzil aiddir.

Cənubi Koreyanın «Heerim Architects and Planners» tərəfindən layihələndirilən «The Crescent» layihəsi Xəzər dənizinin sahillərində yüksələn ayparanın (Azərbaycanın milli simvolu) simvolunu əks etdirir. «Ayparanın qeyri-adi yerləşməsi ön tərəfə Xəzər dənizinin, arxa tərəfə isə Bakının heyrətamiz mənzərələrini təqdim edəcək. Kompleks Azərbaycanın Şərqlə Qərb arasında keçid qapısı kimi reputasiyası ilə sinonimləşərək Azərbaycan üçün əlamətdar məkan kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulub»-deyə layihənin təqdimatında bildirilir.

33 mərtəbəli binanın daha 3 mərtəbəsi yerin altındadır. Tikinti ümumilikdə 16,3 min kvadratmetrdə, yəni təqriğbən 1,63 hektar ərazidə aparılıb. Bunun 8,1 min kvadratmetri sırf tikinti altındadır. Tikilinin ümumi sahəsi 129 min kvadratmetrdir. Binanın altındakı yeraltı dayanacaq 601 avtomobil tutumludur.

Layihə 2012-ci ildə «Gilan Holdinq» tərəfindən başlanılıb, amma holdinqin bəzi layihələri kimi yarımçıq qalıb və tiknitini «Paşa Holdinq»ə məxsus olan «Pasha Construction» davam etdirib.

Binanın tiknitisində bir sıra texnoloji həllərdən istifadə edilib, o cümlədən, dairənin üst hissəsi poladdan hşazırlanan körpü konstrkusiyası şəklində binanın iki tərəfinə yerləşdirilib.

Binada ümumilikdə 5 restoranın, 1000 nəfərlik bal zalının, rüsumsız ticarət mağazalarının, iki hovuzun (biri bağlı, biri açıq), Sky Lounge, biznes mərkəzin, SPA, fitnes klub, gözəllik salonları kimi hissələrin olması nəzərdə tutulub.

Binanın 25 mərtəbəsi otel və yaşayış üçün, digər mərtəbələr isə biznes və əyləncə mərkəzi üçün nəzərdə tutulub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook