“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
May 19
10:17
2016
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli” yatağındakı 8 nömrəli dərin dəniz özülündə 303 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2906-2897 metr intervaldan sutkalıq 75 ton neft və 80 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft” İstehsalat Birliyinin "28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Qlobal.az