SON XƏBƏR

Gürcüstan iqtisadiyyatına investisiyaların 40 faizdən çoxunu azərbaycanlılar qoyub

Mart 24
17:10 2016
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2015-ci ildə azərbaycanlılar bu ölkənin iqtisadiyyatına 540 milyon dollar investisiya yatırıb. Virtualaz.org saytı xəbər verir ki, bu, qonşu ölkənin iqtisadiyyatına yatırılan birbaşa investisiyaların az qala yarısını - 40 faizindən çoxunu təşkil edir. Azərbaycanlıların Gürcüstan iqtisadiyyatına bu cür rekord həcmdə yatırım qoymasını ölkədəki münbit iqtisadi iqlimlə əsaslandırırlar.
 
Azərbaycandan Gürcüstana investisiya axını 2012-ci ildən sürətlə artmaqdadır. Ötən il isə Azərbaycanda yaşanan iki devalvasiya və bundan irəli gələn valyuta axını şəraitində Gürcüstana bu qədər kapital qoyuluşu baş verib. Bildirilir ki, azərbaycanlılar pulları Gürcüstanda maliyyə sektoruna, energetikaya, otel biznesinə və nəqliyyat layihələrinə yatırıblar. Habelə investisiyaların bir hissəsi tikinti sektoruna gedib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook