SON XƏBƏR

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə veriləcək

Avqust 15
14:45 2022
Bu gün saat 15:00-da Mənzil İnşaatı Dövlət Agentliyi istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə "Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasını istifadəyə verəcək.

Yeni xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.

"Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar "Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və yaxud Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 14 sentyabr 2022-ci il tarixi saat 00:00-a qədər aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.

"Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən həm satış modulunun, həm də gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

Diqqət: Sınaq versiya vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;

agent bankdan aldığı ilkin razılıq qərarının "Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Vətəndaşlar "108” Çağrı mərkəzinə zəng edərək xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.
"Güzəştli mənzil” sistemində 15 – 22 sentyabr 2022-ci il tarixində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook