Hesablama Palatasından şok korrupsiya hesabatı
Aprel 10
06:26
2016
"Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat açıqlanıb. Sənəddə bir sıra dövlət qurumlarında aşkarlanan maliyyə pozuntuları əksini tapıb.
"Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” üzrə YBƏA tərəfindəın ayrılan kreditlə vəsaitindən keçikmə ilə istifadə olunması və layihə üzrə işlərin vaxtında icrasının təmin etmək üçün zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində kreditin istifadə olunmamış məbləğinə hesablanan "Öhdəlik haqqı” üzrə ödənişlərinin artmasına yol verilib. Sifarişçi ilə razılaşdırılmadan layihə üzrə iş həcminə əlavə və dəyişiklliklərin aparılmasına və əlavə vəsait xərcinə yol verilən, layihə üzrə Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Bankının (JBİC) Rəsmi İnkişaf Yardımı (ODA kreditləri) çərçivələrində satınalmalar keçirilərkən "Malların və Xidmətlərin Satınalınması üzrə Təlimatlar”ın tələblərinə tam əməl edilməyib. YBƏA-nın Mərkəzi və Şərqi Asiya və Qafqaz regionu Departamentinin missiyası tərəfindən müəyyən edilmiş və təqdim olunan tövsiyyələrin icrası təmin edilməyib, bəzi hallarda işlərin dəyəri artıq hesablanıb.
Habelə "Açıq Kommunal İnfrastruktur Proqramı – II (Gəncə-Şəki)” layihəsi üzrə müvafiq icra hakimiyyəti orqanı ilə Almaniyanın "KfW” bankı arasında bağlanmış ssuda müqaviləsi üzrə kreditin artırılması ilə əlaqədar yeni ssuda müqaviləsinin bağlanmasını nəzərə alaraq həmin məbləğin "Azərsu”ya ötürülməsi və istifadəsi üzrə Təkrar müqavilənin bağlanılması, "Azərsu” ASC-nin "KfW” bankı qarşısında maliyyə öhdəliklərinin təmin edilməsi üzrə "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” hesabına "KfW” bankına ödənilmiş vəsaitin Fonda bərpa olunması məqsədilə "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna bərpa edilməsi haqqında Müqavilə”nin bağlanılması təmin edilməyib. Bundan başqa, satınalma müsabiqələri üzrə hazırlanan texniki tapşırıqların, tətbiq ediləcək satınalma metodlarının və satınalmalar planında ediləcək dəyişikliklərin müvafiq qaydada razılaşdırılması, layihənin 6 paketi üzrə həyata keçirilmiş satınalmalarının yekun protokollarının aidiyyatı üzrə təqdim edilməsi təmin edilməyib, "KfW” bankının nümayəndə heyəti tərəfindən tikinti işlərinin keyfiyyətinin artırılması və vaxtında başa çatıdırılması barədə bildirilən iradlar vaxtında aradan qaldırılmayıb.
***
Hesablama Palatası keçən il Respublika Neyrocərrahiyyə Xəstəxanası, Mingəçevir və Lənkəran şəhərlərinin, həmçinin Göygöl və Quba rayonlarının mərkəzi rayon xəstəxanaları və bu kimi xəstəxanaların tabeliyində olan tibb müəssisələrinin fəaliyyəti ilə bağlı auidit tədbirləri aparıb.
Audit sübutları ilə müəyyən edilib ki, nəzarət obyektlərində əməyin ödənilməsi ilə bağlı maliyyə vəsaitlərinin həcmi və bir sıra icra göstəriciləri arasında bəzi uyğunsuzluqlar mövcuddur.
Sənəddə qeyd olunub ki, nəzarət tərdbirlərinin nəticələri hər il proqnozlaşdırma prosesində kifayət qədər vakant yerlərin mövcudluğunun nəzərə alınmamasının son nəticədə artıq əmək haqqı məbləğlərinin ödənilməsinə şərait yaratdığını göstərir: "Təhlil, əsasən, tarifləşdirmə və əməyin ödənilməsi dərəcələrinin düzgün təyin edilməməsi, həmçinin, artım və əlavələrin düzgün hesablanılmaması və təcili yardım xidməti üzrə tibbi heyətə artıq əmək haqqı ödənilməsi və digər müxtəlif səbəblərdən artıq icra edildiyini göstərir.
Səhiyyə obyektlərində aparılan monitorinqin nəticəsində həmin dövrdə xəstə sayının digər dövrlə müqayisədə az olduğunu göstərir. Eyni zamanda, səhiyyə obyektlərində bir çarpayı gününə düşən vəsaitin məbləğində nəzərəçarpacaq fərqlərin mövcud olduğunu göstərir. Dərman xərcləri üzrə ən yüksək göstərici Lənkəran Mərkəzi Rayon Xəstəxanasına, ərzaq xərclərinə görə isə Quba Mərkəzi Rayon Xəstəxanasına aid olub.
Təhlil, həmçinin, şəkərli diabet xəstələrinin sayının dəyişməsi ilə bu xəstəlik üçün ayrılan dərman xərclərinin məbləğinin də uyğun olmadığını göstərir. Belə ki, bəzi səhiyyə müəssisələri üzrə xəstələrin sayının artmasına baxmayaraq şəkərli diabet xəstələri üzrə dərman xərclərinin azaldığı, bəzi müəssisələrdə isə artım və azalmaların xəstə sayına müvafiq olmadığı müəyyən edilib”.
Müəyyən olunan nöqsanların aradan qaldırılması üçün Mingəçevir şəhər xəstəxanasında artıq saxlanılan 3 ştat vahidi ləğv olunub, mühafizə şöbəsinə artıq ödənilən 4,5 min manat məbləğində vəsaitlə qarşılıqlı üzləşmə aktının tərtib edildiyi qeyd olunub. Həmçinin, 2 mühasibin işdən azad edildiyi, 2 mühasibə şiddətli töhmət verildiyi və baş mühasibə xəbərdarlıq elan olunub.
Bundan başqa, Göygöl rayon xəstəxanasında baş mühasibə, 2 mühasibə, iqtisadçı və 2 əməkdaşa şiddətli töhmət verildiyi bildirilib.
Quba rayon xəstəxanasında işlərində nöqsanlara yol verən 6 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirlərinin tətbiq edildiyi, baş mühasibə, 2 mühasibə, iqtisadçı və 2 əməkdaşa töhmət verilib.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasında işlərində nöqsanlara yol verən 5 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirləri tətbiq edilib. Baş mühasibə, böyük mühasibə və 1 əməkdaşa töhmət verilib, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminə və Mərkəzi Rayon Xəstəxanasının təsərrüfat işləri üzrə əməkdaşına xəbərdarlıq edilib.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
***
2015-ci ildə Vergilər Nazirliyinin nəzarət fəaliyyəti dairəsinə Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayonları daxil olan 14 saylı Ərazi Vergilər İdarəsində vergi qanunverciliyinə riayət edilməsi vəziyyətinə dair keçirilən audit nəticəsində İdarənin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.
Audit nəticəsində müəyyən olunub ki, Ərazi Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan rayonlarda bir sıra vergi ödəyiciləri tərəfindən ƏDV və hüquqi şəxslərin mənfəət vergisi üzrə dövlət büdcəsinə hesablanmış öhdəliklər qanunvericiliklə müəyyn edilmiş müddətlərdə tam həcmdə ödənilməyib, həmin vergi növləri üzrə proqnozlar həm ümumilikdə, həm də ayrı-ayrı rayonlar səviyyəsində az icra olunub. Vergi agentləri tərəfindən ödəmə mənbəyində tutulmuş, lakin dövlət büdcəsinə ödənilməmiş vergilər hesabat dövrlərinin sonuna tam həcmdə dövlət büdcəsinə olan borclar kimi uçotda əks etdirilməyib. Həmçinin, İdarədə qeydiyyatda olan vergi ödəyicilərində aparılan səyyar vergi yoxlamalarının nəticələri üzrə hesablanmış vəsaitlərin dövlət büdcəsinə ödənilməsi əsasən təmin olunmayıb.
Operativ vergi nəzarəti tədbirləri çərçivəsində tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə 148,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsinin təmin olunmaması müəyyən edilib.
Auditlə əhatə olunan hesabat dövləri ərzində qanunvericilik aktlarının tələblərinə əməletmə səviyyəsinin, eləcə də dövlət büdcəsi qarşısında öhdəliklərin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəlmədiyi, 17 vergi ödəyicisinin məhkəmə hökmləri ilə təmin edilməmiş verginin əsas məbləği üzrə dövlət büdcəsinə olan 469,5 min manat həcmində borclarının silinməsi, dövlət büdcəsinə borcları olan vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə auditlə əhatə olunan dövrdə qəbul edilmiş ümumilikdə 238 qərarın auditin keçirildiyi dövrün sonuna icrasız qalması aşkar edilib.
Hesablama Palatasının Kollegiya qərarının icrası ilə əlaqədar bir sıra vergi ödəyiciləri üzrə aparılmış araşdırmalar nəticəsində 50,3 min manat zərər məbləği azaldılıb, mənfəət vergisi, əlavə dəyər vergisi və yol vergisi üzrə ümumilikdə 42,8 min manat məbləğində vəsait hesablanıb. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri üzrə auditin keçirildiyi müddətin sonuna ödənilməsi təmin edilməmiş 124,6 min manat maliyyə sanksiyasının və 23,6 min manat məbləğində inzibati cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
***
Azərbaycan Hesablama Palatası Dövlət Neft Fondundan (ARDNF) ayrılan vəsaitlərin istifadəsində bir sıra nöqsanlar aşkar edib. 2012-2014-cü illərdə ARDNF Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) 899,97 mln. manat məbləğində vəsait köçürüb.
Belə ki, MKSİF tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymərtləndiirlməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb, yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hiussələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması, tikintiyə dair texniki-iqtisadi hesablamaların, texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından keçirilməsi təmin edilməyib.
Palata aşkarlayıb ki, satınalma üzrə Tender Komissiyası yaradılsa da, faktiki olaraq işləməyib. Həmçinin, tikinti üzrə avansın istifadə olunmasını əsaslandıran sənədlərinin təqdim edilmədiyi halda 18 məhəllə və qəsəbənin tikintisi üzrə avans ödənişləri edildiyi aşkarlanıb.
Həmçinin, obyektin vaxtında təhvil verilməməsi səbəbindən ARDNF tərəfindən maliyyələşdirilən başa çatmamış tikililərin dəyəri artıb və podratçı təşkilatlar üzrə debitor və kreditor borclar mövcud olub.
Palata tərəfindən təqdim edilən məlumatlara görə, MKSİF tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 36,54 min manat məbləğində vəsaiut müvafiq qaydada bərpa edilib, 5,7 mln. manat məbləğində debitor borc bağlanıb və 131,364 mln. manat məbləğində əsas vəsait uçota alınıb.
MKSİF-də çalışan 3 vəzifəli şəxsə töhmət verilib, 1 şəxs isə işdən azad edilib.
***
"Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinə gəlirlərin hesablanması və ödənilməsi, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun Hesablama Palatası və Vergilər Nazirliyi ilə birgə auditi aparılıb. Audit nəticəsində cəmiyyət tərəfindən qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və icra müqavilələri bağlanmadan balansında olan və Bakı şəhərində yerləşən 4 061,4 kv. metr qeyri-yaşayış sahəsi ofis kimi kommersiya hüquqi şəxslərə icarəyə verilib, bu əməliyyat üzrə qanunvericiliyə uyğun olaraq icarə haqqının 50%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilməyib.
***
Keçən il dövlət büdcəsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Nəzarət tədbirləri zamanı komissiya tərəfindən xərclər smetasının tərtibi və icrası prosesində bir sıra qanunvericilik aktlarının tələblərinə riayət edilmədiyi, o cümlədən proqnozlaşdırma prosesinə əsaslı yanaşılmadığı, büdcə vəsaitlərinin icrası prosesində bəzi nöqsanlara yol verildiyi müəyyən olunub.
Sənədə əsasən, komissiya tərəfindən tərtib olunan büdcə təkliflərində müvafiq hesablamalar aparılmadan, bəzi xərclər üzrə real tələbat və keçən illərin icra faizi nəzərə alınmadan artıq vəsait nəzərdə tutulub, bir sıra hallarda vəsait, eləcə də dövlət büdcəsinin Ehtiyat Fondu üzrə ayrılan vəsaitin bir hissəsi təyinatı üzrə icra edilməyib.
Komissiya tərəfindən əməyin ödənilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə bəzi hallarda riayət edilməyib. Xərclər smetasında dövlət qulluqçusu olmayan işçilərin mükafatlandırılması və məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinətin nəzərdə tutulmadığı halda müavinət ödənilməsi, həmçinin məzuniyyət haqqı hesablanarkən orta aylıq əmək haqqının düzgün hesablanmaması səbəbindən artıq büdcə vəsaiti icra edilib.
"Audit sübutları ilə komissiyada satınalmalarla bağlı qanunvericilik aktlarının bəzi tələblərinə riayət olunmaması halları müəyyən edilib. Ümumilikdə nəzarət tədbirinin əhatə etdiyi dövr ərzində malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş vəsaitin 98,3 faizi qanunvericiliklə nəzərdə tutulmuş satınalma metodları tətbiq edilməklə, 1,7 faizi isə satınalma prosedurları keçirilmədən icra olunub.
Audit tədbirləri nəticəsində komissiya üzrə bir sıra digər nöqsanlar da aşkar edilib. Bəzi aktivlər uçota düzgün alınmamış, quraşdırılmış avadanlıqlar birbaşa xərcə silinib, beynəlxalq konfransın keçirilməsi üzrə verilən ziyafət zamanı artıq xərcə yol verilib, büdcədənkənar vəsait üzrə bağlanmış müqaviləyə əsasən ƏDV-nin dövlət büdcəsinə köçürülməsi təmin edilməyib, köhnə inzibati binanın söküntüsü zamanı podratçı təşkilata artıq vəsait ödənilib. Həmçinin "Abituriyent” jurnalı redaksiyasının komissiyaya olan borcunun tam ödənilmədiyi müəyyən olunub”, – sənəddə bildirilib.
Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülən işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul eidlib, həmin qərar icra üçün TQDK-ya göndərilib. Eyni zamanda, nəticələrlə bağlı Hesablama Palatası Milli Məclisə məlumat verib.
Təqdim edilən məlumatlara görə, həyata keçirilən tədbirlər nəticəsində 264,4 min manat məbləğində vəsait dövlət büdcəsinə və 6,5 min manat məbləğində mallar müvafiq qaydada uçota alınmış 24,8 min manat dəyərində avadanlıqların quraşdırılması təmin olunub.
***
Keçən il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair audit həyata keçirilib. Nəzarət tədbiri ilə 409 057,8 min manat məbləğində vəsait əhatə edilib. Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ayrılan vəsaitlərdən istifadənin auditi zamanı aşağıdakı nöqsanlara yol verildiyi müəyyən edilib.
Sənədə əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 8 layihə üzrə sifarişçi təşkilat kimi Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsaitin 12,7%-nin təyinatı dəyişdirilərək Bakı şəhəri yollarının asfalt örtüyünün əsaslı təmirinə və yenidən qurulmasına, həmçinin klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılmasına yönəldilib, dövlət satınalmalarının tənzimləyən normativ-hüquqi sənədlərin tələblərinə əməl edilməyərək, bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri mövcud qaydalara uyğun müəyyənləşdirilməyib, tender prosedurunun keçirilməsi üçün minimum 3-4 ay vaxt tələb olunduğunu və görüləcək işlərə təcili tələbat yarandığını əsas gətirərək satınalmaların birbaşa müqavilə ilə həyata keçirilməsinə müvafiq razılıq alınsa da, müqavilələr bir neçə aydan sonra bağlanılıb, nəticədə 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əhatə olunan məbləğin 61,9%-i səviyyəsində satınalmalar birbaşa müqavilə (bir mənbədən satınalma) metodu əsasında həyata keçirilib. Müvafiq satınalma proseduru keçirilmədən 10 layihəçi təşkilata layihə-smeta sənədlərinin hazırlanmasına görə vəsait ödənildiyi müəyyən edilib.
Audit sübutları ilə bəzi hallarda malların dəyərinin ödənişi zamanı müqavilə şərtlərinin tələblərinə əməl edilməməsi səbəbindən artıq vəsait ödənildiyi, 2 obyekt üzrə hazırlanmış layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmədən və ehtimal olunan müqavilə dəyəri qüvvədə olan qaydalara uyğun təyin edilmədən vəsait xərcedildiyi "Lifttəmir” İstehsalat Birliyi tərəfindən bağlanılmış satınalma müqaviləsinin şərtlərinə (daşınma xərcləri üzrə) əməl edilməməsi nəticəsində artıq xərcə yol verilib "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə 284 obyekt üzrə müxtəlif adda inventar və avadanlıqların, eləcə də tikintisi başa çatan 6 təhsil obyekti üzrə əsas fondların təhvil verilməsinin müvafiq qaydada rəsmiləşdirilmədiyi, 9 obyekt üzrə işlərin ehtimal olunan müqavilə qiymətinin hesabatının Departamentinin özü tərəfindən hesablanıldığı, tərtib olunan toplu smetada nəzərdə tutulan bəzi işlərin adları və həcmləri göstərilmədən qəbul aktlarına daxil edildiyi, bəzi hallarda işlərin dəyərinin artıq ödənildiyi, bir sıra hallarda obyektin tikinti işləri başa çatdırılsa da, Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbulununu yekunlaşdırılmadığı müəyyən edilib.
Nəzarət tədbiri nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib və müvafiq qərar qəbul olunub. Müəyyən edilən nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş şəxslərə müvafiq qaydada intizam tənbeh tədbirlərinin tətbiq olunması məqsədilə Kollegiya Qərarının surəti Bakı şəhər İcra Hakimiyyətinə göndərilib, nəzarət tədbirinin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə BŞİH tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 106,4 min manat məbləğində vəsait müvafiq qaydada dövlət büdcəsinə bərpa edilib, 2,0 min manat dəyərində avadanlığın təhvil verilməsi təmin olunub. Məlumatda həmçinin 35584,9 min manat dəyərində müxtəlif adda inventar və avadanlıqların müvafiq qayada rəsmiləşdirildiyi, balans saxlayıcı təşkilatlarla təhvil-təslim işləri başa çatdırıldığı, təmir-tikinti işlərinin smeta sənədlərində "Nəzərdə tutulmayan işlər və xərclər” bölməsində ayrılmış vəsait hesabına rəsmiləşdirilməsi üçün sifarişçi, layihəçi və podratçının nümayəndələrinin birgə iştirakı ilə müvafiq aktların tətbiq olunduğu, 409,2 manat dəyərində təhvil verilməmiş əsas fondların müvafiq qaydada balans-saxlayıcı ilə təhvil-təslim işlərinin başa çatdırıldığı qeyd olunub.
***
Keçən il Azərbaycanın xarici ölkələrdə və təşkilatlarda diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı audit tədbirləri həyata keçirilib. İllik iş planında nəzərdə tutulmuş Azərbaycanın xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin istifadəsinə və konsul əməliyyatları üzrə dövlət rüsumlarının tutulmasına dair biri məxfi olmaqla dörd nəzarət tədbiri həyata keçirilib.
Nəzarət tədbirləri Azərbaycanın Niderland və Belçika Krallıqlarının səfirliklərinin, Azərbaycanın NATO yanında Nümayəndəliyinin saxlanılma xərclərini əhatə edib. Nəzarət tədbirlərinin əhatə etdiyi dövrdə ümumilikdə kassa xərcinin əsas hissəsini cari xərclər, o cümlədən 46, 1 faizini əməktutumlu xərclər təşkil edib. Audit tədbirləri zamanı bir sıra nöqsanlar aşkar edilib.
Nəzarət tədbirləri nəticəsində bəzi hallarda vəsaitin Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodu dəyişdirilməklə icra edildiyi müəyyən olunub. Belə ki, auditin əhatə etdiyi 2012-ci ildə nəzarət tədbiri keçirilən diplomatik orqanları üzrə ümumilikdə kassa xərclərinin 8 faizi, 2013-cü ildə müvafiq olaraq 6,3 faizi, 2014-cü ildə isə diplomatik orqanların həmin ilə ümumi xərclərinin 5,6 faizi səviyyəsində vəsaitin təyinatı dəyişdirilib. Auditin sübutları ilə diplomatik korpuslar tərəfindən qüvvədə olan müvafiq normativ hüquqi aktların və "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın tələblərinə bəzi hallarda riayət edilmədiyi müəyyən olunub. Diplomatik korpusların aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş ƏDV məbləği geri alınsa da, müvafiq qaydada dövlət büdcəsinə bərpası təmin edilməyib və istifadə olunmuş, diplomatik əməkdaşlara ezamiyyə xərcləri üzrə normalara riayət edilməməsi səbəbindən artıq vəsait xərc edilib, həmçinin mövcud qaydalarda və xərclər smetasında nəzərdə tutulmadığı halda dövlət rüsumunun və icbari tibbi sığorta məbləğinin saxlanma xərcləri hesabına ödənilməsi hallarına yol verilib.
Diplomatik nümayəndəlikləri saxlanılması üçün nəzərdə tutulan vəsait hesabına bəzi hallarda iqamətgahın və kommunikasiya xidmətlərinə, icbari sığortasına və təmin işlərinə, xərclər smetasında nəzərdə tutulmadığı halda əməkdaşlar üçün xarici dil kurslarının təşkil edilməsinə, əməkdaşlarının tibbi sığortası olduğu halda tibbi xərclərə vəsait ödənildiyi müəyyən olunub.
Saxlanılma xərcləri üzrə açılan maliyyələşmədən qalan vəsaitin dövlət bücdəsinə qaytarılmadan növbəti büdcə ilində istifadə olunması halları müəyyən olunub, audit olunan diplomatik nümayəndəliklər tərəfindən bir sıra xərc maddələri üzrə yaranmış debitor və kreditor borcun bağlanması təmin edilib. Nəzarət tədbirləri ilə konsul əməliyyatlarının aparılması zamanı bəzi nöqsanlara yol verildiyi müəyyən olunub. Konsul əməliyyatları üzrə müvafiq sənədlərin qeydiyyatı üzrə reyestr kitabları qaydalara uyğun aparılmamış, bəzi hallarda toplanmış dövlət rüsumu müvafiq qaydada dövlət büdcəsinə ödənilməyib. Müəyyən olunan nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərin nəticələri barədə Hesablama Palatasına təqdim olunmuş məlumatlara görə, cəmi 39,6 min avro məbləğində vəsait müvafiq qaydada dövlət büdcəsinə və diplomtik korpusun hesabına bərpa edilib. Ümumilikdə, 1347,3 avro debitor və 1975,5 avro kreditor borcun bağlanması təmin edilib.
***
Hesablama Palatası keçən il bir neçə ali təhsil müəssisəsində audit tədbirləri aparıb. Tədbirlər planı Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Texniki Universitetinin fəaliyyətlərini əhatə edib.
Nəzarət obyektlərində əməyin ödənişi ilə bağlı müvafiq normativ-hüquqi aktların tələblərinə riayət edilməməsi halları müəyyən olunub. Bunun nəticəsində artıq və düzgün olmayaraq icra edilmiş cəmi məbləğin 95,9 faizi "Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar”a əməl edilməməsi, həmçinin fəaliyyət göstərməyən struktur vahidlərinin və artıq ştatların saxlanılması nəticəsində ödənilmiş əmək haqqından, bir hissəsi isə tarif və ödəniş dərəcələrinin, habelə əlavələrin və saathesabı haqların düzgün müəyyən olunmaması səbəbindən formalaşıb. Nəzarət tədbirləri həyata keçirilən ali məktəblərdə 92,5 ştat vahidinin artıq saxlanıldığı müəyyən edilib.
Ali təhsil müəssisələri üzrə əmək haqqı xərclərinin təhlili kifayət qədər əsaslandırılmadan artıq ştat, kafedra, dekanlıq, laboratoriya saxlanıldığını göstərir və bu da vəsaitlərdən səmərəsiz istifadəyə şərait yaradır.
Nəzarət tədbirləri ilə ali təhsil müəssisələrində təhsil haqlarının yığılması istiqamətində bir sıra nöqsanlara yol verildiyi aşkar edilib. Təhlil göstərir ki, ali təhsil müəssisələrində təhsil haqqının ödənilməsində güzəşt hüququnun düzgün tətbiq olunmaması, ümumiyyətlə təhsil haqqının alınması nəticəsində büdcədənkənar vəsaitin daxil olması təmin edilməyib.
Eyni zamanda, tələbələrə təqaüdlərin ödənilməsi istiqamətində də nöqsanlar qeydə alınıb. Bəzi hallarda tələbələrə az təqaüd ödənilməsi hallarına yol verilib, təqaüd ödənilməsi üçün Təhsil Nazirliyindən alınan və istifadə olunmayan vəsaitin dövlət büdcəsinə qaytarılmayaraq qalıq kimi saxlanıldığı müəyyən olunub.
Azərbaycan Tibb Universiteti tərəfindən 41,5 min manat vəsait büdcəyə bərpa edilib, 2 min manat məbləğində debitor borc bağlanıb, 75,8 min manat məbləğində kreditor borc azaldılıb. Hesablama Palatasına verilən məlumata görə, universitetdə 2 mühasibə töhmət, 1 mühasibə xəbərdarlıq, prorektor və baş mühasibə ciddi xəbərdarlıq, həmçinin 2 əməkdaşa şiddətli töhmət verildiyi bildirilib.
Həmçinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən xarici tələbələrin təhsil haqları müvafiq icra hakimiyyəti ilə razılaşdırmaqla müəyyən olunub, lüzumsuz saxlanılan 15 ştat vahidi ləğv edilib, 3 əməkdaş aşağı vəzifəyə keçirilib və digər nöqsanların aradan qaldırılması ilə əlaqədar zəruri tədbirlər görülüb, baş mühasibə töhmət, 2 dekana və 1 əməkdaşa xəbərdarlıq edilib.
Bundan başqa, Azərbaycan Texniki Universiteti tərəfindən lüzumsuz saxlanılan 4 ştat vahidi ləğv edilib, eyni zamanda, 4 nəfərlə bağlı intizam tənbeh tədbiri görülüb, o cümlədən 1 prorektor, 1 baş mühasib və 1 baş mühəndisə töhmət elan edilib, 1 prorektora xəbərdarlıq olunub.
***
Keçən il Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində həyata keçirilən nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatlar açıqlanıb.
Müəyyən olunan nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərin nəticələri barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) və eyni zamanda audit aparılmış şöbələr tərəfindən təqdim olunan məlumatlara əsasən 5 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə töhmət verilib, 1 məsul işçiyə isə xəbərdarlıq edilib.
Dövlət Sosial Müdafiə Fondundan Hesablama Palatasına təqdim edilən məlumatlara əsasən nöqsanlar geniş müzakirə olunub və işlərində nöqsanlara yol verən əməkdaşlardan şöbə müdirinin müavini və 4 nəfər sektor müdiri tutduğu vəzifədən azad edilib.
***
Hesablama Palatası "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərinin istifadəsinin auditini həyata keçirib. Sənədə əsasən, nəzarət tədbiri zamanı AZTV tərəfindən bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub.
Belə ki, UEFA Çempionlar Liqasının final oyunlarından reportajlar hazırlamaq üçün ezam olunan işçilərə artıq vəsait xərc edilib, proqram təminatı vaxtından əvvəl hesabdan silinib, videomaterialların yeni formata köçürülməsi, bərpası və geniş annotasiyalarının yazılması işlərini həyata keçirmək üçün yaradılan işçi qrupunun üzvlərinin əməyinin ödənişini tənzimləyən daxili qaydalar və normativlər müəyyən edilmədən onlara əlavə əmək haqqı hesablanıb, eləcə də təhtəlhesab şəxslərin hesablarına ödənilən, lakin istifadə edilməyən ezamiyyə xərcləri üzrə vəsautlər qaytarılarkən banka təhvil verilmədən, birbaşa kassaya mədaxil edilərək, sonradan təyinatı üzrə xərclərin ödənilməsinə yönəldilib.
Auditlə əhatə olunan dövrdə alınan material ehtiyatlarının dəyəri mühasibat hesabatında düzgün uçota alınmayıb, dekorasiya işlərinin və kitabların dəyəri uçota götürülməyib, işçilərə qonorarlar ödənilərkən hesablanmış qonorardan sosial sığorta haqqının hesablanması zamanı artıq vəsait ödənişinə yol verilib. Hesablama Palatasına təqdim olunan məlumatlara görə, AZTV tərəfindən 25 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, 823,4 min manat dəyərində əsas vəsaitlərin və 125,4 min manat dəyərində mal-materialların uçota alınması təmin edilib, eyni zamanda, işlərində nöqsanlara yol verən vəzifəli şəxslərlə bağlı intizam-tənbeh tədbirlərinin tətbiq edildiyi də göstərilir.
***
Azərbaycan Hesablama Palatası 2014-cü ilin iş planına uyğun olaraq Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirib. Audit nəticəsində müəyyən edilib ki, DANX-da dövlət qulluğuna aid edilən vəzifələr üzrə işə qəbul prosesi dövlət qulluğu haqqında müvafiq hüquqi aktların tələbləri gözlənilmədən həyata keçirilib, vergi qanunvericiliyinin tələbləri pozularaq muzdlu işlə əlaqədar ödəmə mənbəyi tutulan fiziki şəxslərin gəlir vergisi azaldılıb, mükafatlardan müvafiq tutmalar düzgün həyata keçirilməyib.
Sənəddə qeyd edilib ki, ezamiyyətlərin ödənilməsi ilə bağlı xərclər müvafiq normativ aktlara uyğun icra edilməməsi nəticəsində, həmçinin beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsinə, həmçinin idarəçilikdə olan hüquqi şəxslərin maddi-texniki bazasından (nəqliyyat vasitələri parklarından) istifadə olunmadan artıq vəsait icra edilib.
Həmçinin, əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə müvafiq qaydalara əməl edilməyib, auditlə əhatə olunan dövrdən əvvəlki dövrlərdə sərnişin daşınmları ilə məşğul olan hüquqi və fiziki dispetçer xidmətlərinin göstərilməsindən yaranmış 0,8 min manat məbləğində debitor borcların alınması təmin edilməyib, eyni zamanda "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC və onun tabeliyində olan 4 qurumun nizamnamə kapitallarının maliyyə-mühasibat hesablarındakı məbləğləri ilə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlarında göstərilən məbləğlər arasında fərqlər mövcud olub və bu fərqlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib.
Bundan başqa, inzibati xəta haqqında protokollar üzrə qəbul edilmiş qərarlara əsasən tətbiq edilmiş (hesablanmış) cərimə məbləğlərinin istər Xidmətin struktur vahidləri üzrə ayrı-ayrılıqda, istərsə də Xidmət üzrə ümumilikdə uçotun aparılması, həmçinin bu protokollar üzrə qəbul edilmiş qərarlara əsasən tətbiq edilmiş cərimələrin tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb. Xidmətin tabeçiliyində olan hüquqi şəxslər, həmçinin "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC və onun tabeliyindəki hüquqi şəxslər üzrə mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsinin "Mühasibat uçotu haqqında” qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, eləcə də Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğunluğu təmin edilməyib.
Ötən il Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nın Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair Vergilər Nazirliyi ilə birgə auditi aparılıb.
Audit nəticəsində müəyyən edilib ki, Cəmiyyətin Samur-Abşeron kanalı İstismar İdarəsi Vergilər Məcəlləsinin tələblərinə əməl etməyərək vergituma məqsədləri üçün mənfəət məbləği ümumilikdə 586,7 min manat, dövlət büdcəsinə ödənilməli olan ƏDV-ni isə 8,3 min manat azaldıb. Vergi tutulan əməliyyatların aparıldığı vaxt düzgün müəyyən edilmədiyi üçün 66,6 min manat ƏDV məbləği gec hesablanıb, bu isə hesablanan ƏDV məbləğlərinin dövlət büdcəsinə vaxtında ödənilməməsinə səbəb olub.
Sənədə əsasən, meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1,580 mln. manatı həmin tədbirlərə deyil, əmtəəlik suyun nəqli üçün sərf edilən elektrik enerjisi haqqının ödənilməsinə xərclənib. Satılan suya görə debitor borcu 01.01.2012-ci il tarixə nisbətən 3,6 dəfə artaraq 01.01.2015-ci il tarixə 16,524 mln. manat olub. İdarənin mərkəzi anbarında 5,6 min manat dəyərində çatışmazlıq aşkar edilib. Kanala daxil olan və kanaldan istehlakçılara verilən suyun miqdarının ölçülməsi üçün müasir ölçü cihazları quraşdırılmayıb.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülən işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib, həmin qərar icra üçün Vergilər Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Samur-Abşeron Kanalının İstismarı İdarəsinə göndərilib. Nəzarət tədbirinin nəticələri üzrə Milli Məclisə məlumat verilib.
Eyni zamanda Hesablama Palatasının Kollegiya qərarı ilə vergitutma məqsədləri üçün yaranan mənfəətin Vergi Məcəlləsinə əsasən 2011-ci ildə İdarənin gəlirindən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi ilə (zərərlə) kompensasiya edildiyi, ümumilikdə 5,6 min manat dəyərində malların maddi məsul şəxs tərəfindən alınaraq anbara təhvil verilməklə bərpa edildiyi nəzərə alınıb.
Cəmiyyətin Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilən məlumata əsasən, ümumilikdə 45,7 min manat məbləğində ƏDV-nin və tətbiq edilən, eləcə də hesabında əskik gəlmə aşkar olunan maddi məsul şəxsə müvafiq əmrlə töhmət elan edilib.
Eyni zamanda, Hesablama Palatasının Kollegiyasının müvafiq qərarına uyğun olaraq İdarəyə 8,3 min manat əlavə vergi məbləğinin hesablanması, 37,4 min manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması, hesablanan əlavə vəsaitlərin dövlət büdcəsinə ödənilməsinin təmin olunması göstərilib. Bundan əlavə, 1 əməkdaşa töhmət verildiyi bildirilib.
Hesablama Palatasının 2015-ci il İş Planına uyğun olaraq "Azərsu” ASC üzrə "Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” və "Açıq Kommunal İnfrastruktur Proqramı – II” layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agetliyindən (YBƏA/JBİC) və Almaniyanın "KfW” bankından cəlb olunmuş kreditlərdən və dövlət əsaslı vəsait qoyuluşundan istifadə vəziyyətinə dair audit keçirilib. Audit tədbiri ilə əhatə olunan vəsaitin məbləği 6970,8 mln. yapon yeni və 17257,2 min avro məbləğində vəsaiti əhatə edib. Aparılmış audit nəticəsində "Azərsu” ASC-nin nizamnaməsində onun səhmlərinin dövlət mülkiyyətində saxlanıldığı dövrdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin həllinin qanunverciliyə uyğun olaraq müvafiq qaydada hansı dövlət orqanları tərəfindən həyata keçirilməsini tənzimlənmədiyi, idarə heyəti haqqında Əsasnamənin qəbul edilmədiyi müəyyən olunub.

Sənəddə deyilir ki, mənfəət vergisinin bəyannamələrində müəssisənin zərəri düzgün göstərilməyib, universal poçt rabitəsi xidmətlərinin təqdim edilməsindən yaranan zərərin kompensasiyası üçün dövlət büdcəsindən alınmış subsidiyanın ƏDV-yə cəlb edilməməsi, eləcə də MMC-nin nizamnamə kapitalına aid edilən və eyni zamanda qanunvericiliklə ƏDV-yə cəlb edilməsi nəzərdə tutulmayan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən, vergi hesab faktuaları üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəticəsində kommersiya fəaliyyəti üzrə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği 1 169, 9 min manat azaldılıb, 29,7 min manat məbləğində ƏDV vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturaları üzrə alınmış malların (işlər, xidmətlər) dəyəri ödənilən gündən gec ödənilib, vergitutma bazasının düzgün müəyyən edilməməsi səbəbindən əmlak vergisi 3,8 min manat artıq hesablanıb.
***
Keçən il dövlət büdcəsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Nəzarət tədbirləri zamanı komissiya tərəfindən xərclər smetasının tərtibi və icrası prosesində bir sıra qanunvericilik aktlarının tələblərinə riayət edilmədiyi, o cümlədən proqnozlaşdırma prosesinə əsaslı yanaşılmadığı, büdcə vəsaitlərinin icrası prosesində bəzi nöqsanlara yol verildiyi müəyyən olunub.
Sənədə əsasən, komissiya tərəfindən tərtib olunan büdcə təkliflərində müvafiq hesablamalar aparılmadan, bəzi xərclər üzrə real tələbat və keçən illərin icra faizi nəzərə alınmadan artıq vəsait nəzərdə tutulub, bir sıra hallarda vəsait, eləcə də dövlət büdcəsinin Ehtiyat Fondu üzrə ayrılan vəsaitin bir hissəsi təyinatı üzrə icra edilməyib.
Komissiya tərəfindən əməyin ödənilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə bəzi hallarda riayət edilməyib. Xərclər smetasında dövlət qulluqçusu olmayan işçilərin mükafatlandırılması və məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinətin nəzərdə tutulmadığı halda müavinət ödənilməsi, həmçinin məzuniyyət haqqı hesablanarkən orta aylıq əmək haqqının düzgün hesablanmaması səbəbindən artıq büdcə vəsaiti icra edilib.
"Audit sübutları ilə komissiyada satınalmalarla bağlı qanunvericilik aktlarının bəzi tələblərinə riayət olunmaması halları müəyyən edilib. Ümumilikdə nəzarət tədbirinin əhatə etdiyi dövr ərzində malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş vəsaitin 98,3 faizi qanunvericiliklə nəzərdə tutulmuş satınalma metodları tətbiq edilməklə, 1,7 faizi isə satınalma prosedurları keçirilmədən icra olunub.
Audit tədbirləri nəticəsində komissiya üzrə bir sıra digər nöqsanlar da aşkar edilib. Bəzi aktivlər uçota düzgün alınmamış, quraşdırılmış avadanlıqlar birbaşa xərcə silinib, beynəlxalq konfransın keçirilməsi üzrə verilən ziyafət zamanı artıq xərcə yol verilib, büdcədənkənar vəsait üzrə bağlanmış müqaviləyə əsasən ƏDV-nin dövlət büdcəsinə köçürülməsi təmin edilməyib, köhnə inzibati binanın söküntüsü zamanı podratçı təşkilata artıq vəsait ödənilib. Həmçinin "Abituriyent” jurnalı redaksiyasının komissiyaya olan borcunun tam ödənilmədiyi müəyyən olunub”, – sənəddə bildirilib.
Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülən işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul eidlib, həmin qərar icra üçün TQDK-ya göndərilib. Eyni zamanda, nəticələrlə bağlı Hesablama Palatası Milli Məclisə məlumat verib.
Təqdim edilən məlumatlara görə, həyata keçirilən tədbirlər nəticəsində 264,4 min manat məbləğində vəsait dövlət büdcəsinə və 6,5 min manat məbləğində mallar müvafiq qaydada uçota alınmış 24,8 min manat dəyərində avadanlıqların quraşdırılması təmin olunub.
***
Keçən il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair audit həyata keçirilib. Nəzarət tədbiri ilə 409 057,8 min manat məbləğində vəsait əhatə edilib. Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ayrılan vəsaitlərdən istifadənin auditi zamanı aşağıdakı nöqsanlara yol verildiyi müəyyən edilib.
Sənədə əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 8 layihə üzrə sifarişçi təşkilat kimi Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsaitin 12,7%-nin təyinatı dəyişdirilərək Bakı şəhəri yollarının asfalt örtüyünün əsaslı təmirinə və yenidən qurulmasına, həmçinin klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılmasına yönəldilib, dövlət satınalmalarının tənzimləyən normativ-hüquqi sənədlərin tələblərinə əməl edilməyərək, bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri mövcud qaydalara uyğun müəyyənləşdirilməyib, tender prosedurunun keçirilməsi üçün minimum 3-4 ay vaxt tələb olunduğunu və görüləcək işlərə təcili tələbat yarandığını əsas gətirərək satınalmaların birbaşa müqavilə ilə həyata keçirilməsinə müvafiq razılıq alınsa da, müqavilələr bir neçə aydan sonra bağlanılıb, nəticədə 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əhatə olunan məbləğin 61,9%-i səviyyəsində satınalmalar birbaşa müqavilə (bir mənbədən satınalma) metodu əsasında həyata keçirilib. Müvafiq satınalma proseduru keçirilmədən 10 layihəçi təşkilata layihə-smeta sənədlərinin hazırlanmasına görə vəsait ödənildiyi müəyyən edilib.
Audit sübutları ilə bəzi hallarda malların dəyərinin ödənişi zamanı müqavilə şərtlərinin tələblərinə əməl edilməməsi səbəbindən artıq vəsait ödənildiyi, 2 obyekt üzrə hazırlanmış layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmədən və ehtimal olunan müqavilə dəyəri qüvvədə olan qaydalara uyğun təyin edilmədən vəsait xərcedildiyi "Lifttəmir” İstehsalat Birliyi tərəfindən bağlanılmış satınalma müqaviləsinin şərtlərinə (daşınma xərcləri üzrə) əməl edilməməsi nəticəsində artıq xərcə yol verilib "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə 284 obyekt üzrə müxtəlif adda inventar və avadanlıqların, eləcə də tikintisi başa çatan 6 təhsil obyekti üzrə əsas fondların təhvil verilməsinin müvafiq qaydada rəsmiləşdirilmədiyi, 9 obyekt üzrə işlərin ehtimal olunan müqavilə qiymətinin hesabatının Departamentinin özü tərəfindən hesablanıldığı, tərtib olunan toplu smetada nəzərdə tutulan bəzi işlərin adları və həcmləri göstərilmədən qəbul aktlarına daxil edildiyi, bəzi hallarda işlərin dəyərinin artıq ödənildiyi, bir sıra hallarda obyektin tikinti işləri başa çatdırılsa da, Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbulununu yekunlaşdırılmadığı müəyyən edilib.
Nəzarət tədbiri nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib və müvafiq qərar qəbul olunub. Müəyyən edilən nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş şəxslərə müvafiq qaydada intizam tənbeh tədbirlərinin tətbiq olunması məqsədilə Kollegiya Qərarının surəti Bakı şəhər İcra Hakimiyyətinə göndərilib, nəzarət tədbirinin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə BŞİH tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 106,4 min manat məbləğində vəsait müvafiq qaydada dövlət büdcəsinə bərpa edilib, 2,0 min manat dəyərində avadanlığın təhvil verilməsi təmin olunub. Məlumatda həmçinin 35584,9 min manat dəyərində müxtəlif adda inventar və avadanlıqların müvafiq qayada rəsmiləşdirildiyi, balans saxlayıcı təşkilatlarla təhvil-təslim işləri başa çatdırıldığı, təmir-tikinti işlərinin smeta sənədlərində "Nəzərdə tutulmayan işlər və xərclər” bölməsində ayrılmış vəsait hesabına rəsmiləşdirilməsi üçün sifarişçi, layihəçi və podratçının nümayəndələrinin birgə iştirakı ilə müvafiq aktların tətbiq olunduğu, 409,2 manat dəyərində təhvil verilməmiş əsas fondların müvafiq qaydada balans-saxlayıcı ilə təhvil-təslim işlərinin başa çatdırıldığı qeyd olunub.
***
Keçən il Azərbaycanın xarici ölkələrdə və təşkilatlarda diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı audit tədbirləri həyata keçirilib. İllik iş planında nəzərdə tutulmuş Azərbaycanın xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin istifadəsinə və konsul əməliyyatları üzrə dövlət rüsumlarının tutulmasına dair biri məxfi olmaqla dörd nəzarət tədbiri həyata keçirilib.
Nəzarət tədbirləri Azərbaycanın Niderland və Belçika Krallıqlarının səfirliklərinin, Azərbaycanın NATO yanında Nümayəndəliyinin saxlanılma xərclərini əhatə edib. Nəzarət tədbirlərinin əhatə etdiyi dövrdə ümumilikdə kassa xərcinin əsas hissəsini cari xərclər, o cümlədən 46, 1 faizini əməktutumlu xərclər təşkil edib. Audit tədbirləri zamanı bir sıra nöqsanlar aşkar edilib.
Nəzarət tədbirləri nəticəsində bəzi hallarda vəsaitin Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodu dəyişdirilməklə icra edildiyi müəyyən olunub. Belə ki, auditin əhatə etdiyi 2012-ci ildə nəzarət tədbiri keçirilən diplomatik orqanları üzrə ümumilikdə kassa xərclərinin 8 faizi, 2013-cü ildə müvafiq olaraq 6,3 faizi, 2014-cü ildə isə diplomatik orqanların həmin ilə ümumi xərclərinin 5,6 faizi səviyyəsində vəsaitin təyinatı dəyişdirilib. Auditin sübutları ilə diplomatik korpuslar tərəfindən qüvvədə olan müvafiq normativ hüquqi aktların və "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın tələblərinə bəzi hallarda riayət edilmədiyi müəyyən olunub. Diplomatik korpusların aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş ƏDV məbləği geri alınsa da, müvafiq qaydada dövlət büdcəsinə bərpası təmin edilməyib və istifadə olunmuş, diplomatik əməkdaşlara ezamiyyə xərcləri üzrə normalara riayət edilməməsi səbəbindən artıq vəsait xərc edilib, həmçinin mövcud qaydalarda və xərclər smetasında nəzərdə tutulmadığı halda dövlət rüsumunun və icbari tibbi sığorta məbləğinin saxlanma xərcləri hesabına ödənilməsi hallarına yol verilib.
Diplomatik nümayəndəlikləri saxlanılması üçün nəzərdə tutulan vəsait hesabına bəzi hallarda iqamətgahın və kommunikasiya xidmətlərinə, icbari sığortasına və təmin işlərinə, xərclər smetasında nəzərdə tutulmadığı halda əməkdaşlar üçün xarici dil kurslarının təşkil edilməsinə, əməkdaşlarının tibbi sığortası olduğu halda tibbi xərclərə vəsait ödənildiyi müəyyən olunub.
Saxlanılma xərcləri üzrə açılan maliyyələşmədən qalan vəsaitin dövlət bücdəsinə qaytarılmadan növbəti büdcə ilində istifadə olunması halları müəyyən olunub, audit olunan diplomatik nümayəndəliklər tərəfindən bir sıra xərc maddələri üzrə yaranmış debitor və kreditor borcun bağlanması təmin edilib. Nəzarət tədbirləri ilə konsul əməliyyatlarının aparılması zamanı bəzi nöqsanlara yol verildiyi müəyyən olunub. Konsul əməliyyatları üzrə müvafiq sənədlərin qeydiyyatı üzrə reyestr kitabları qaydalara uyğun aparılmamış, bəzi hallarda toplanmış dövlət rüsumu müvafiq qaydada dövlət büdcəsinə ödənilməyib. Müəyyən olunan nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərin nəticələri barədə Hesablama Palatasına təqdim olunmuş məlumatlara görə, cəmi 39,6 min avro məbləğində vəsait müvafiq qaydada dövlət büdcəsinə və diplomtik korpusun hesabına bərpa edilib. Ümumilikdə, 1347,3 avro debitor və 1975,5 avro kreditor borcun bağlanması təmin edilib.
***
Hesablama Palatası keçən il bir neçə ali təhsil müəssisəsində audit tədbirləri aparıb. Tədbirlər planı Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Texniki Universitetinin fəaliyyətlərini əhatə edib.
Nəzarət obyektlərində əməyin ödənişi ilə bağlı müvafiq normativ-hüquqi aktların tələblərinə riayət edilməməsi halları müəyyən olunub. Bunun nəticəsində artıq və düzgün olmayaraq icra edilmiş cəmi məbləğin 95,9 faizi "Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar”a əməl edilməməsi, həmçinin fəaliyyət göstərməyən struktur vahidlərinin və artıq ştatların saxlanılması nəticəsində ödənilmiş əmək haqqından, bir hissəsi isə tarif və ödəniş dərəcələrinin, habelə əlavələrin və saathesabı haqların düzgün müəyyən olunmaması səbəbindən formalaşıb. Nəzarət tədbirləri həyata keçirilən ali məktəblərdə 92,5 ştat vahidinin artıq saxlanıldığı müəyyən edilib.
Ali təhsil müəssisələri üzrə əmək haqqı xərclərinin təhlili kifayət qədər əsaslandırılmadan artıq ştat, kafedra, dekanlıq, laboratoriya saxlanıldığını göstərir və bu da vəsaitlərdən səmərəsiz istifadəyə şərait yaradır.
Nəzarət tədbirləri ilə ali təhsil müəssisələrində təhsil haqlarının yığılması istiqamətində bir sıra nöqsanlara yol verildiyi aşkar edilib. Təhlil göstərir ki, ali təhsil müəssisələrində təhsil haqqının ödənilməsində güzəşt hüququnun düzgün tətbiq olunmaması, ümumiyyətlə təhsil haqqının alınması nəticəsində büdcədənkənar vəsaitin daxil olması təmin edilməyib.
Audit tədbirləri bu istiqamətdə digər nöqsanları da aşkarlayıb. Belə ki, müxtəlif səbəblərdən ali təhsil müəssisəsindən xaric edilən tələbələrin təhsil haqqı üzrə kreditor borcunun yarandığı, təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqının tələbələr üzrə debitor borc kimi uçota alınmadığı məlum olub.
Eyni zamanda, tələbələrə təqaüdlərin ödənilməsi istiqamətində də nöqsanlar qeydə alınıb. Bəzi hallarda tələbələrə az təqaüd ödənilməsi hallarına yol verilib, təqaüd ödənilməsi üçün Təhsil Nazirliyindən alınan və istifadə olunmayan vəsaitin dövlət büdcəsinə qaytarılmayaraq qalıq kimi saxlanıldığı müəyyən olunub.
Azərbaycan Tibb Universiteti tərəfindən 41,5 min manat vəsait büdcəyə bərpa edilib, 2 min manat məbləğində debitor borc bağlanıb, 75,8 min manat məbləğində kreditor borc azaldılıb. Hesablama Palatasına verilən məlumata görə, universitetdə 2 mühasibə töhmət, 1 mühasibə xəbərdarlıq, prorektor və baş mühasibə ciddi xəbərdarlıq, həmçinin 2 əməkdaşa şiddətli töhmət verildiyi bildirilib.
Həmçinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən xarici tələbələrin təhsil haqları müvafiq icra hakimiyyəti ilə razılaşdırmaqla müəyyən olunub, lüzumsuz saxlanılan 15 ştat vahidi ləğv edilib, 3 əməkdaş aşağı vəzifəyə keçirilib və digər nöqsanların aradan qaldırılması ilə əlaqədar zəruri tədbirlər görülüb, baş mühasibə töhmət, 2 dekana və 1 əməkdaşa xəbərdarlıq edilib.
Bundan başqa, Azərbaycan Texniki Universiteti tərəfindən lüzumsuz saxlanılan 4 ştat vahidi ləğv edilib, eyni zamanda, 4 nəfərlə bağlı intizam tənbeh tədbiri görülüb, o cümlədən 1 prorektor, 1 baş mühasib və 1 baş mühəndisə töhmət elan edilib, 1 prorektora xəbərdarlıq olunub.
***
Keçən il Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində həyata keçirilən nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatlar açıqlanıb.
Müəyyən olunan nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərin nəticələri barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) və eyni zamanda audit aparılmış şöbələr tərəfindən təqdim olunan məlumatlara əsasən 5 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə töhmət verilib, 1 məsul işçiyə isə xəbərdarlıq edilib.
Dövlət Sosial Müdafiə Fondundan Hesablama Palatasına təqdim edilən məlumatlara əsasən nöqsanlar geniş müzakirə olunub və işlərində nöqsanlara yol verən əməkdaşlardan şöbə müdirinin müavini və 4 nəfər sektor müdiri tutduğu vəzifədən azad edilib.
***
Hesablama Palatası "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərinin istifadəsinin auditini həyata keçirib. Sənədə əsasən, nəzarət tədbiri zamanı AZTV tərəfindən bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub.
Belə ki, UEFA Çempionlar Liqasının final oyunlarından reportajlar hazırlamaq üçün ezam olunan işçilərə artıq vəsait xərc edilib, proqram təminatı vaxtından əvvəl hesabdan silinib, videomaterialların yeni formata köçürülməsi, bərpası və geniş annotasiyalarının yazılması işlərini həyata keçirmək üçün yaradılan işçi qrupunun üzvlərinin əməyinin ödənişini tənzimləyən daxili qaydalar və normativlər müəyyən edilmədən onlara əlavə əmək haqqı hesablanıb, eləcə də təhtəlhesab şəxslərin hesablarına ödənilən, lakin istifadə edilməyən ezamiyyə xərcləri üzrə vəsautlər qaytarılarkən banka təhvil verilmədən, birbaşa kassaya mədaxil edilərək, sonradan təyinatı üzrə xərclərin ödənilməsinə yönəldilib.
Auditlə əhatə olunan dövrdə alınan material ehtiyatlarının dəyəri mühasibat hesabatında düzgün uçota alınmayıb, dekorasiya işlərinin və kitabların dəyəri uçota götürülməyib, işçilərə qonorarlar ödənilərkən hesablanmış qonorardan sosial sığorta haqqının hesablanması zamanı artıq vəsait ödənişinə yol verilib. Hesablama Palatasına təqdim olunan məlumatlara görə, AZTV tərəfindən 25 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, 823,4 min manat dəyərində əsas vəsaitlərin və 125,4 min manat dəyərində mal-materialların uçota alınması təmin edilib, eyni zamanda, işlərində nöqsanlara yol verən vəzifəli şəxslərlə bağlı intizam-tənbeh tədbirlərinin tətbiq edildiyi də göstərilir.
***
Azərbaycan Hesablama Palatası 2014-cü ilin iş planına uyğun olaraq Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirib. Audit nəticəsində müəyyən edilib ki, DANX-da dövlət qulluğuna aid edilən vəzifələr üzrə işə qəbul prosesi dövlət qulluğu haqqında müvafiq hüquqi aktların tələbləri gözlənilmədən həyata keçirilib, vergi qanunvericiliyinin tələbləri pozularaq muzdlu işlə əlaqədar ödəmə mənbəyi tutulan fiziki şəxslərin gəlir vergisi azaldılıb, mükafatlardan müvafiq tutmalar düzgün həyata keçirilməyib.
Sənəddə qeyd edilib ki, ezamiyyətlərin ödənilməsi ilə bağlı xərclər müvafiq normativ aktlara uyğun icra edilməməsi nəticəsində, həmçinin beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsinə, həmçinin idarəçilikdə olan hüquqi şəxslərin maddi-texniki bazasından (nəqliyyat vasitələri parklarından) istifadə olunmadan artıq vəsait icra edilib.
Həmçinin, əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə müvafiq qaydalara əməl edilməyib, auditlə əhatə olunan dövrdən əvvəlki dövrlərdə sərnişin daşınmları ilə məşğul olan hüquqi və fiziki dispetçer xidmətlərinin göstərilməsindən yaranmış 0,8 min manat məbləğində debitor borcların alınması təmin edilməyib, eyni zamanda "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC və onun tabeliyində olan 4 qurumun nizamnamə kapitallarının maliyyə-mühasibat hesablarındakı məbləğləri ilə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlarında göstərilən məbləğlər arasında fərqlər mövcud olub və bu fərqlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib.
Bundan başqa, inzibati xəta haqqında protokollar üzrə qəbul edilmiş qərarlara əsasən tətbiq edilmiş (hesablanmış) cərimə məbləğlərinin istər Xidmətin struktur vahidləri üzrə ayrı-ayrılıqda, istərsə də Xidmət üzrə ümumilikdə uçotun aparılması, həmçinin bu protokollar üzrə qəbul edilmiş qərarlara əsasən tətbiq edilmiş cərimələrin tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb. Xidmətin tabeçiliyində olan hüquqi şəxslər, həmçinin "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC və onun tabeliyindəki hüquqi şəxslər üzrə mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsinin "Mühasibat uçotu haqqında” qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, eləcə də Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğunluğu təmin edilməyib.
Ötən il Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nın Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair Vergilər Nazirliyi ilə birgə auditi aparılıb.
Audit nəticəsində müəyyən edilib ki, Cəmiyyətin Samur-Abşeron kanalı İstismar İdarəsi Vergilər Məcəlləsinin tələblərinə əməl etməyərək vergituma məqsədləri üçün mənfəət məbləği ümumilikdə 586,7 min manat, dövlət büdcəsinə ödənilməli olan ƏDV-ni isə 8,3 min manat azaldıb. Vergi tutulan əməliyyatların aparıldığı vaxt düzgün müəyyən edilmədiyi üçün 66,6 min manat ƏDV məbləği gec hesablanıb, bu isə hesablanan ƏDV məbləğlərinin dövlət büdcəsinə vaxtında ödənilməməsinə səbəb olub.
Sənədə əsasən, meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1,580 mln. manatı həmin tədbirlərə deyil, əmtəəlik suyun nəqli üçün sərf edilən elektrik enerjisi haqqının ödənilməsinə xərclənib. Satılan suya görə debitor borcu 01.01.2012-ci il tarixə nisbətən 3,6 dəfə artaraq 01.01.2015-ci il tarixə 16,524 mln. manat olub. İdarənin mərkəzi anbarında 5,6 min manat dəyərində çatışmazlıq aşkar edilib. Kanala daxil olan və kanaldan istehlakçılara verilən suyun miqdarının ölçülməsi üçün müasir ölçü cihazları quraşdırılmayıb.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülən işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib, həmin qərar icra üçün Vergilər Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Samur-Abşeron Kanalının İstismarı İdarəsinə göndərilib. Nəzarət tədbirinin nəticələri üzrə Milli Məclisə məlumat verilib.
Eyni zamanda Hesablama Palatasının Kollegiya qərarı ilə vergitutma məqsədləri üçün yaranan mənfəətin Vergi Məcəlləsinə əsasən 2011-ci ildə İdarənin gəlirindən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi ilə (zərərlə) kompensasiya edildiyi, ümumilikdə 5,6 min manat dəyərində malların maddi məsul şəxs tərəfindən alınaraq anbara təhvil verilməklə bərpa edildiyi nəzərə alınıb.
Cəmiyyətin Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilən məlumata əsasən, ümumilikdə 45,7 min manat məbləğində ƏDV-nin və tətbiq edilən, eləcə də hesabında əskik gəlmə aşkar olunan maddi məsul şəxsə müvafiq əmrlə töhmət elan edilib.
Eyni zamanda, Hesablama Palatasının Kollegiyasının müvafiq qərarına uyğun olaraq İdarəyə 8,3 min manat əlavə vergi məbləğinin hesablanması, 37,4 min manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması, hesablanan əlavə vəsaitlərin dövlət büdcəsinə ödənilməsinin təmin olunması göstərilib. Bundan əlavə, 1 əməkdaşa töhmət verildiyi bildirilib.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub və aprelin 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.
Hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Arqument.az