İki il əvvəl tikintisinə milyonlar xərclənən məktəb çökür - Cavabdehlər kimdir?
Dekabr 04
12:57
2023
Masallı rayonun Qızılağac kəndində yeni istifadəyə verilən orta məktəb qəzalı vəziyyətə düşüb.
Bu barədə Qaynarinfo-ya sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.
Onlar məktəbin hər an uça biləcəyini deyib:
"Məktəbə valideynlər buraxılmır. Binanın divarlarında böyük çatlar yaranıb, bir sinif otağından baxanda digər sinif görsənir. Məktəbin qəzalı vəziyyətə düşməsinin səbəbi qazanxanadakı borunun partlamasıdır. Boru partlayıb və bundan xəbərləri olmayıb. Suyun yığılması nəticəsində məktəb çöküb".
Valideynlər yerli orqanların məsələdən xəbardar olduğunu deyib:
"Yerli orqanlar məsələni ört-basdır edir, səs salmaq istəmirlər. Məktəbdə 600-dən yuxarı şagird oxuyur. Məktəb hər an təhlükəlidir. Valideynlər məsələdən çox narahatdır".
Masallı rayonun Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədov hadisəni təsdiqləyib:
"Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə və Masallı Rayon Təhsil Şöbəsinə məlumat verilib. Bu gün hər iki qurumdan gəlib məktəbə baxış keçiriləcək. Hətta məktəbi tikən şirkətə də məlumat vermişik. Onlar məktəbə baxış keçirdikdən sonra qəzanın əsl səbibi bilinəcək. Qəza elə də böyük, vəziyyət qorxulu deyil. İndi bunun səbəbini araşdırmalıyıq və vaxtında qarşısını almalıyıq. Orada təhsil alan hər bir şagird bizim övladımızdır. Bu hadisəyə biganə qala bilmərik".

Qeyd edək ki, 22 sentyabr 2021-ci il tarixdə rayonun Qızılağac kəndində inşa edilmiş 528 şagird yerlik, üçmərtəbəli yeni məktəb binasının açılışı olub. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, təhsil nazirinin müavini Muxtar Məmmədov, 14 saylı Ərazi Maliyyə İdarəsinin rəisi Ehtiram Muxtarov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov iştirak edib.
Qlobal.az