SON XƏBƏR

İlham Məmmədov: Qeyri-neft sektorunda istehsal imkanları əhəmiyyətli dərəcədə artıb

Aprel 08
18:50 2016
«Yeni iqtisadi şəraitdə qeyri-neft sənayesinin inkişaf etdirilməsi xüsusi yer tutur». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
 
İ.Məmmədov bildirib ki, qarşıya qoyulan hədəf daxili istehlakın tam həcmdə yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan və geniş ixrac imkanları yaratmaqdan ibarətdir. Onun sözlərinə görə, son illərdə milli iqtisadiyyatımızın qeyri-neft sektorunda istehsal imkanları əhəmiyyətli dərəcədə artıb.
 
«Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Görülən tədbirlər isə yaxın gələcəkdə ölkəmizdə daxili istehsalın artacağını deməyə əsas verir. Dövlət başçısı investisiyaların məhz qeyri-neft iqtisadiyyatına yönəldilməsinə güclü siyasi iradə nümayiş etdirir»- deyə, İ.Məmmədov qeyd edib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook