“İmzamı saxtalaşdırıblar, dövlətə bir milyon manat borcum yaranıb” - “İdea-Soft.Az” MMC-dən şikayət
May 17
00:46
2023
Bakıda şirkət təsisçisinin adından saxta imza çəkilərək yeni direktor təyin edilib.
Saxta dövriyyədən və təyinatdan şikayət edən təsisçi oxu.az-ın redaksiyasına müraciət edib.
Şikayətçi, "İdea-Soft.Az” MMC-nin təsisçisi və direktoru Hatəm İsmayılov həmin şirkəti xalası oğlu ilə birlikdə işlətdiyini bildirib:
"Şirkət mənim adıma olub. Onu xalam oğlu Samir Vəliyev ilə birlikdə işlədirdim. Sonra gəlib ərizə yazmışam ki, "mən həmin şirkəti bağlamaq istəyirəm”. Şirkətin direktoru da, təsisçisi də özüm olmuşam. Mənə aiddir. Heç kəs olmayıb.
Oradan çıxandan sonra şirkətin bağlanıb-bağlanmaması ilə bağlı hər hansı bir məlumatım olmayıb. 2016-cı ildə oradan çıxdım. O şirkətlərin mühasibatlığını xalam oğlunun şirkəti aparırdı”.
H.İsmayılov məsələdən 2021-ci ildə xəbərdar olduğunu qeyd edib:
"2021-ci ildə Qazax rayonuna vergi idarəsindən məktub gəlib. Məktubda bildirilib ki, "sizin dövlət büdcəsinə vergiyə görə 1 milyon 100 min manat borcunuz var və sizin ölkədən çıxışınıza məhdudiyyət qoyulub”. Bundan sonra məsələdən xəbər tutdum, araşdırmağa başladım.
Mənim saxtalaşdırılmış imzamla direktor təyin edilib. Həmin şirkətdə külli miqdarda pul dövriyyəsi olub. Mənə də məlumat verilməyib. Bank əməliyyatları olub. Sonra da dövlətə olan borcum ödənilib. Çünki ölkəyə giriş-çıxış məhdudiyyətim aradan qalxıb. Şirkəti bağlamayıb, imzamı saxtalaşdırıblar. Mənim əvəzimə qol çəkib, Asif Alməmmədovu direktor təyin ediblər. Heç birindən məlumatım olmayıb”.
Şikayətçi haqqını tələb etdiyini söyləyib:
"Mən öz dividendimi (səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi – red.) istəyirəm. Qurumlara şikayət etmişəm. Lakin müsbət cavab almamışam. Absurd cavablar gəlir. Həmin şəxslərə cəza tətbiq olunmayıb. Heç kəs maraqlanmayıb.
Asif Alməmmədovla iki dəfə telefonla danışmışam. Demişəm ki, mən səni nə vaxt direktor təyin etmişəm? Səs yazıları da var. Deyib ki, "sən özün bilirsən ki, bu işin başında kim dayanır. Get o adamlarla problemini həll et”. Yəni xalam oğlu Samir Vəliyevi nəzərdə tutur. Bu işin başında o dayanır. Mənim imzamı saxtalaşdıran da Fidan Rzayevadır. Bu əməlləri törədənlərə heç bir cəza tətbiq olunmur. Haqqımın bərpa olunmasını istəyirəm”.
Təsisçinin Oxu.Az-ın redaksiyasına ünvanladığı şikayətlə bağlı adıçəkilən qurumlara sorğu göndərsək də, cavabsız qalıb.
Mövzu ilə bağlı oxu.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadənin sözlərinə görə, şəxsin adından istifadə edərək saxtalaşdırılmış imzası ilə şirkətə yeni direktor təyin edilməsinə dair dəlillər varsa, həmin şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edə bilər:
"Qanunvericiliyə əsasən, kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, publik hüquqi şəxs, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vəzifəli hesab olunurlar. Vəzifəli şəxslər tərəfindən imzanın saxtalaşdırılması qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən, hüquq verən, yaxud vəzifədən azad edən vəsiqəni, digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, bu cür sənədi satma, habelə eyni məqsədlə saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama, satma - üç min manatdan altı min manatadək cərimə, yaxud iki ilədək müddətə islah işləri, ya da iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək cərimə, yaxud iki yüz qırx saatdan üç yüz saatadək ictimai işlərlə və ya bir ilədək islah işləri, ya da eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
T.Abdullazadə qeyd edib ki, vətəndaş Dövlət Vergi Xidmətinə müraciət etməklə öz adından sui-istifadə hallarının olub-olmadığını öyrənə bilər:

"Təsisçilərin qərarları, nizamnamə kapitalı, şirkətin əsasnamələri, bütün hüquq müəyyənedici sənədləri, şirkətlərin fəaliyyətləri barədə həmin orqanda məlumat bazası olur”.
Qlobal.az