SON XƏBƏR

Çin və ABŞ Trampın səfəri zamanı 280 mlrd. dollarlıq saziş imzalaya bilər

Noyabr 09
10:13 2017
Amerika prezidenti Donald Trampın Pekinə səfəri zamanı ABŞ və Çin arasında imzalanmış ticarət sazişlərinin məbləği 280 milyard dollara çata bilər.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə müvafiq sənədlərlə tanış olan mənbələrə istinadən "South China Morning Post" nəşri yazıb.

Əgər bu məlumat öz təsdiqini taparsa, o zaman Trampın Çinə səfəri Amerika və Çin biznesi üçün ən məhsuldar rəsmi səfərlərdən biri olacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook