Çingiz Hüseynzadə: “Rio-2016”da medalların sayı London Olimpiadasındakından az olmayacaq
İyul 26
10:40
2016
Son dövrdə Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük uğurlar qazanırlar. Xüsusilə Olimpiya Oyunlarında nəticələrimiz get-gedə yaxşılaşır. Tezliklə Rio-de-Janeyroda Olimpiya Oyunları start götürəcək. İnanırıq ki, idmançılarımız bu Olimpiadada da uğur qazanacaqlar.
Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açiqlamasında deyib.
Ç.Hüseynzadə bildirib: "Rio-2016”da əsasən, güləş, boks, cüdo, taekvondo və gimnastika üzrə medallar qazanacağımıza ümid edirik. Biz velosipedçilərimizdən də nailiyyət gözləyirik. Əminəm ki, həm keyfiyyət və həm də kəmiyyət etibarı ilə medalların sayı London Olimpiadasından geri qalmayacaq”.
Qlobal.az