İran İslam Respublikasının Poldəşt Gömrük terminal kompleksi istifadəyə verilmişdir
May 05
01:37
2016
Mayın 4-də İran İslam Respublikasının Poldəşt Gömrük terminal kompleksinin açılışı olmuşdur.
Ali Məclisin Sədri demişdir: Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memoranduma əsasən 2005-ci ildə Araz çayı üzərində Şahtaxtı-Poldəşt körpüsünün tikintisinə başlanmışdır. Bundan sonra keçid məntəqəsinin buraxılış imkanlarının artırılması məqsədi ilə Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilmiş və 2007-ci il oktyabr ayının 17-də yeni körpünün açılışı olmuşdur. Açılış tədbirində Azərbaycan Respublikası Prezidentinin və İran İslam Respublikasının birinci vitse-prezidentinin iştirakı hər iki tərəfdən Şahtaxtı-Poldəşt körpüsünə və buradakı sərhəd-keçid məntəqəsinin fəaliyyətinə verilən yüksək diqqətin ifadəsidir. Bu diqqət və qarşılıqlı səylər öz bəhrəsini vermişdir. Bu gün Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın bölgələri arasındakı əlaqələr bir nümunə səviyyəsindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Ali Məclisin Sədrini Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsində İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti ostandarının müavini Əlirza Radfər, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin və digər rəsmi şəxslər qarşılamışlar.
Sərhəd-keçid məntəqəsində Ali Məclis Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovulun rəisi Ali Məclisin Sədrinə raport vermişdir.
Ali Məclisin Sədri fəxri qarovul dəstəsinin önündən keçmiş və əsgərləri salamlamışdır.
Poldəşt gömrükxanasında keçirilən tədbirdə əvvəlcə İran İslam Respublikasının dövlət himni səsləndirilmiş və Qurani-Kərimdən ayələr oxunmuşdur.
Tədbirdə Qərbi Azərbaycan Vilayətinin Nəqliyyat və Terminallar Baş İdarəsinin rəhbəri Əli Əkbəri, Maku Azad Zonasının icraçı direktoru Hüseyn Foruza və İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin çıxış edərək ölkələrimiz arasındakı dostluq əlaqələrindən, İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında həyata keçirilən iqtisadi layihələrdən danışmış, mövcud əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasında Poldəşt gömrükxanasının istifadəyə verilməsini dost və qonşu ölkələrimiz arasında əlaqələrin inkişafına dəyərli töhfə olduğunu bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını və istifadəçiləri təbrik edərək demişdir: Azərbaycan və İran qonşu və qardaş dövlətlərdir. Xalqlarımızı əsrlər boyu formalaşmış tarixi və müştərək dəyərlər birləşdirir. Bu dəyərlərin inkişafına daim mühüm əhəmiyyət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan-İran əlaqələrini mehriban qonşuluq və dostluq əlaqələri səviyyəsinə qaldırmışdır. Əlaqələrimizin daha da dərinləşməsində mühüm rolu olan Şahtaxtı-Poldəşt körpüsünün açılması da ulu öndər Heydər Əliyevin 1992-ci ildə Naxçıvanın rəhbəri kimi İrana rəsmi səfəri zamanı imzalanmış əməkdaşlıq protokolunda ayrıca bənd kimi öz əksini tapmış və 1992-ci il dekabr ayının 3-də ulu öndər Heydər Əliyevin və o zaman da Qərbi Azərbaycan Vilayətinin ostandarı olan Qurbanəli Səadətin iştirakı ilə Şahtaxtı-Poldəşt körpüsünün açılışı olmuşdur. Açılış tədbirində çıxış edən ümummilli liderimiz Heydər Əliyev demişdir: "Bu keçid məntəqəsinin açılması İran-Azərbaycan əlaqələrinin genişlənməsinə xidmət edir. Mən arzu edirəm ki, daimi körpünün tikintisi də tezliklə başa çatdırılsın və beləliklə, bizim əlaqələrimiz daha da möhkəmlənsin”.
Ali Məclisin Sədri demişdir: Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memoranduma əsasən 2005-ci ildə Araz çayı üzərində Şahtaxtı-Poldəşt körpüsünün tikintisinə başlanmışdır. Bundan sonra keçid məntəqəsinin buraxılış imkanlarının artırılması məqsədi ilə Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilmiş və 2007-ci il oktyabr ayının 17-də yeni körpünün açılışı olmuşdur. Açılış tədbirində Azərbaycan Respublikası Prezidentinin və İran İslam Respublikasının birinci vitse-prezidentinin iştirakı hər iki tərəfdən Şahtaxtı-Poldəşt körpüsünə və buradakı sərhəd-keçid məntəqəsinin fəaliyyətinə verilən yüksək diqqətin ifadəsidir. Bu diqqət və qarşılıqlı səylər öz bəhrəsini vermişdir. Bu gün Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın bölgələri arasındakı əlaqələr bir nümunə səviyyəsindədir.
"Möhkəm təməl üzərində qurulmuş əməkdaşlığımızın inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasındakı əlaqələr də öz töhfəsini verir. Bu əlaqələr işgüzar, davamlı və sabit xarakter daşıyır”, – deyən Ali Məclisin Sədri bu gün İranın yaxın bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin təşəkkül tapmasında və daha da möhkəmlənməsində əməyi olanların hamısına təşəkkürünü bildirmişdir.
Açılış mərasimində iştirak etdiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edən Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan İran-Azərbaycan əlaqələri bu gün inkişaf etdirilir. Şahtaxtı-Poldəşt gömrük keçid məntəqəsinin yaradılması, Poldəşt gömrükxanasının istifadəyə verilməsi də bu əlaqələrin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Bu gün İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq vardır. Hər iki tərəfin səyləri ilə əlaqələr ilbəil inkişaf etdirilir. Qurbanəli Səadət Naxçıvan Muxtar Respublikasına səfərini xatırlamış, muxtar respublikanın mövcud iqtisadi inkişafının məmnunluq doğurduğunu bildirmiş və bunun münasibətlərin genişləndirilməsində mühüm amil olduğunu diqqətə çatdırmışdır. İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini, Yol Xidmətləri və Şose Nəqliyyatı Təşkilatının sədri Davud Keşavərziya bildirmişdir ki, dost və qardaş ölkələr arasında əlaqələr müxtəlif sahələrdə inkişaf etdirilir. Bu gün İran və Azərbaycan arasında müasir gömrük məntəqələri fəaliyyət göstərir. İranın qonşu vilayətləri ilə Naxçıvan arasında əlaqələrin qurulması və inkişafında bu sərhəd-keçid məntəqələri mühüm əhəmiyyət daşıyır. Nəqliyyat sahəsində əməkdaşlıq da ilbəil genişləndirilir. Poldəşt Gömrük terminal kompleksinin istifadəyə verilməsi də İranın Qərbi Azərbaycan Vilayəti ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcək, ticarət əlaqələrinin həcmi artacaqdır.
Tədbir başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir.
Poldəşt Gömrük terminal kompleksi ilə tanışlıq zamanı məlumat verilmişdir ki, ümumi sahəsi 18 hektar olan kompleksdə müasir avadanlıqlar quraşdırılmış, gömrük nəzarətinin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Gömrük keçid məntəqəsi insanların və avtomobillərin rahat keçidini təmin edəcək, gömrük nəzarəti və rəsmiləşdirilməsi operativ həyata keçiriləcəkdir. Yeni kompleks Naxçıvan Muxtar Respublikası və İranın Qərbi Azərbaycan Vilayəti arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə və beynəlxalq yükdaşımaların həcminin artmasına öz töhfəsini verəcəkdir.
Gömrük məntəqəsi ilə tanışlıqdan sonra Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişdir.
Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsində Ali Məclisin Sədrini Qərbi Azərbaycan Vilayəti ostandarının müavini Əlirza Radfər və digər rəsmi şəxslər yola salmışlar.Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Qlobal.az