İsrail 10 ölkə ilə danışıqlar aparır
Dekabr 26
10:27
2017
İsrail Qüdsün (Yerusəlim) İsrailin paytaxtı kimi tanınması və səfirliklərin Tel-Əvivdən Yerusəlimə köçürülməsinə dair 10-dan çox ölkə ilə danışıqlar aparır.
APA-nın verdiyi xəbərə görə, bunu İsrail xarici işlər nazirinin müavini Sipi Xotoveli bəyan edib.
"Mən təsdiqləyə bilərəm ki, söhbət 10-dan çox ölkədən gedir. Biz hər bir ölkə ilə ayrı-ayrılıqda işləyirik. Onların arasında Avropa ölkələri də var”, - deyə S.Xotoveli qeyd edib.