SON XƏBƏR

İstanbulda İŞİD-lə əlaqədə şübhəli 82 əcnəbi saxlanılıb

Noyabr 10
15:46 2017
Bu gün səhər saatlarında İstanbulda İŞİD terror təşkilatıan qarşı əməliyyat keçirilib.
 
"Habertürk” yazır ki, İstanbul polis idarəsinin terrorla mübarizə və kəşfiyyat idarəsinin əməkdaşları tərəfindən müxtəlif səmtlərdə həyata keçirilən əməliyyat zamanı 82 şübhəli şəxs saxlanılıb.
 
Həmin şəxslərin İraq və Suriya ərazisinə keçmək üçün təlimat gözlədikləri bildirilir. Saxlanılan şəxslərin hamısı başqa ölkələrin vətəndaşlarıdır. Onların yaşadığı yerlərdə aparılan axtarış zamanı terror təşkilatına aid çoxlu sayda sənədlər və rəqəmsal materiallar aşkar edilib.
 
Qeyd edək ki, bir gün əvvəl Ankarada keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatının 100-dən üzvünün saxlanıldığı barədə məlumat yayılmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook