SON XƏBƏR

Jill Helken: Naxçıvanda heyrətamiz inkişafın şahidi oldum

Aprel 29
14:19 2016
Bu, mənim Naxçıvan Muxtar Respublikasına ikinci səfərimdir. İlk dəfə burada 15 il bundan əvvəl olmuşam. Ötən illər ərzində Naxçıvan Muxtar Respublikası tamamilə dəyişib, burada heyrətamiz inkişafın olduğunu gördüm. Bunu sözlə ifadə etmək çətindir.
 
Naxçıvan Muxtar Respublikasına birgünlük səfəri çərçivəsində aprelin 27-də qədim diyarın gəzməli-görməli yerləri ilə tanış olan Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helken AZƏRTAC-a müsahibəsində belə deyib.
 
Səfər təəssüratları barədə danışan Jill Helken bildirib ki, Naxçıvanın tarixi abidələri, muzeyləri, təbii müalicə ocaqları insanda xoş təəssürat yaradır. O deyib: "Bu tarixi abidələrə dövlətiniz tərəfindən necə həssas münasibət göstərildiyinin şahidi olduq. Bir sözlə, mükəmməl və heyranedicidir. Eyni zamanda, burada öz işini bilən savadlı, bacarıqlı kadrlar var”.
 
Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru qeyd edib ki, Naxçıvanda olarkən bir çox rəsmi qurumların rəhbərləri ilə görüşüb, müzakirələr aparıb, eyni zamanda, "Readmissiya və insan hüquqları” mövzusunda keçirilən seminarda iştirak edib. "Bütün bunlar çox maraqlı və f
faydalı oldu. Düşünürəm ki, muxtar respublika ilə bağlı gələcək planlarımız yenə də yüksələn xətt üzrə inkişaf edəcək”, - deyə o əlavə edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook