Kataloniya parlamentinin sədri azad edildi –150 min avro girov qoyuldu
Noyabr 11
01:41
2017
Kataloniya parlamentinin başçısı Karme Forkadel noyabrın 10-da azadlığa buraxılıb.
TASS informasiya agentliyi xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. Bir qədər əvvəl spikerin müdafiəsinin onun azadlığa buraxılması üçün 150 min avro girov ödədiyi bildirilib.
Noyabrın 9-da İspaniya Ali Məhkəməsi Forkadelin girov müqabilində azad olunma hüququ saxlanılmaqla həbsi barədə qərar çıxarıb. Prokurorluq parlament başçısı və daha bir neçə deputatı üsyana cəhddə və dövlət vəsaitinin israf olunmasında ittiham edib.
Xatırladaq ki, Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum oktyabrın 1-də baş tutub. Səsvermədə seçki hüququ olan vətəndaşların 43,03 faizi iştirak edib və onların 90,18 faizi müstəqilliyin lehinə səs verib.
Oktyabrın 27-də İspaniya senatı konstitusiyanın indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salıb. Madrid Kataloniya lideri Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb, region parlamenti buraxılıb. Bundan əlavə, muxtariyyətdə növbədənkənar seçkilər keçiriləcəyi elan edilib.

Qlobal.Az