SON XƏBƏR

"Kolin” İnşaat: keyfiyyətsiz iş, qəza…

Fevral 03
03:21 2021
Xəbər verdiyimiz kimi, Türkiyənin "Kolin” İnşaat şirkəti tərəfindən tikintisi aparılan "Bakı-Yalama” dəmir yolunda bədbəxt hadisə yaşanıb, 2 fəhlə torpaq və taxta şpalların altında qalıb. Xoşbəxtlikdən ölən olmayıb.

Hit.az xəbər verir ki, bu "Kolin” İnşaatın gördüyü işlərdə ilk belə hadisə deyil. Şirkət 2012-ci ildə Kür çayı üzərində körpünün təmir işlərini həyata keçirib. Lakin təmirdən sonra yenə konstruksiyaların tökülməsi halı yaşanıb.

Bundan başqa şirkət 2007-ci ildə Moskva prospekti üzərində uzunluğu 330, eni 7 metr olan körpü inşaa edib. Amma tikintidən 2 il keçməmiş körpünün girişində "2006-2007” və "Yol ötürücü Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında inşa edilmişdir” sözləri uçulub tökülmüş, dayaqlar dağılmışdı.

Qeyd edək ki, bəhs edilən tenderlər "Kolin” İnşaata həmin vaxt "Azəravtoyol” ASC, indi isə "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) adlanan qurum tərəfindən verilib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook