SON XƏBƏR

Komandolar şərti basqın əməliyyatında (VİDEO)

Fevral 09
11:00 2024
2024-cü ilin hazırlıq planına uyğun olaraq, komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən (MN) Qaynarinfo-ya verilən məlumata görə, beş mərhələdən ibarət məşğələlər zamanı komandolar müxtəlif tapşırıqları yerinə yetiriblər.

İlkin mərhələdə taktiki yerdəyişmə üsulları ilə hədəfə doğru irəliləmə və kəşfiyyat məlumatlarının toplanması üzrə fəaliyyətlər yerinə yetirilib.

Daha sonra hücum yarımqruplarının obyektə yaxınlaşması, basqın əməliyyatının icra olunması və hədəfdə tərtiblənmə tapşırıqları icra edilib.

Sərt iqlim şəraitində və çətin relyefli ərazilərdə keçirilən məşğələlər zamanı komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook